Azərbaycanla Pakistan arasında Kəşmirlə bağlı müzakirə keçirilib – Telefon danışığı

Azərbaycanla Pakistan arasında Kəşmirlə bağlı müzakirə keçirilib – Telefon danışığı

Azərbaycan və Pakistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Şah Məhmud Kürəşi arasında telefon söhbəti zamanı Cəmmu və Kəşmir bölgəsinin ətrafındakı vəziyyətə dair müzakirə aparılıb.

“Report” Pakistan KİV-ə istinadən xəbər verir ki, Hindistanın Cəmmu və Kəşmir ştatının xüsusi statusunu ləğv etməklə birtərəfli hərəkət edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozduğunu vurğulayan pakistanlı nazir bölgəyə 70 minədək hərbçidən əlavə, daha 180 min hərbçinin yeridilməsini Kəşmir əhalisi üçün təhlükə olaraq dəyərləndirib.

Şah Məhmud Kürəşi Hindistanın birtərəfli və qanunsuz addımlarla regionun demoqrafik mənzərəsini dəyişdirməyə çalışdığını deyib.

Kəşmir bölgəsindəki vəziyyətdən ciddi narahatlığını ifadə edən E.Məmmədyarov da regiondakı həll olunmamış münaqişələrin dinc yolla aradan qaldırılmasının vacibliyini bildirib.