Azərbaycanlı-çeçen davasına görə saxlanılan bloger... - Terrora dəstək ittihamı ilə dindirilir

Azərbaycanlı-çeçen davasına görə saxlanılan bloger... - Terrora dəstək ittihamı ilə dindirilir

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) daha əvvəl Moskvanın cənub-şərqindəki "Neolit" kafesi yaxınlığında çeçenlər və azərbaycanlılar arasında baş vermiş insidnetdə əli olduğuna görə saxlanılan bloger Əlibəy Mirzəxanovu terror fəaliyyətində şübhəli şəxs kimi dindirib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə TASS-a onun vəkili Şamil Yandarbayev bildirib.

Onun sözlərinə görə, FTX müstəntiqləri bütün gecə onun müştərisini dindirib, Ə.Mirzəxanov isə ünvanına yönələn ittihamları qəbul etməyib. Vəkil blogerin 2014-cü ildən indiyədək olan dövrdə cinayət tərkibli əməllər etməkdə ittiham olunduğunu da vurğulayıb.

Vəkilin sözlərinə görə, istintaq bu gün Moskvanın Meşanski Məhkəməsinə Ə.Mirzəxanovun həbs olunmasına dair qətiimkan tədbiri seçilməsi üçün müraciət etməyi planlaşdırır. Təqsirləndirilən şəxs təkcə ittiham olunduğu elə bir maddə üzrə 20 ilədək azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, Ə.Mirzəxanov keçən həftə "Neolit" kafesi yaxınlığında baş vermiş kütləvi dava işi üzrə saxlanılıb. Fevralın 18-də Moskva Kuzminski Məhkəməsi Ə.Mirzəxanovun həbs edilməsi barədə istintaqın vəsatətinin nəzərədən keçirilməsini təxirə salıb və onun saxlanma müddətini 72 saat uzadıb. Fevralın 20-də məhkəmə baxılmamış vəsatəti istintaqa qaytarıb/Report.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA