Azərbaycanlı 95 min avro rüşvət verdi, məşhur prokuror işdən qovuldu

  • 2018-11-20 13:32:20
  • |
  • Region /

Azərbaycanlı 95 min avro rüşvət verdi, məşhur prokuror işdən qovuldu

Rusiyanın baş prokuroru Yuri Çayka Sankt-Peterburqun Moskva rayon prokuroru Vladimir Rebonun işdən azad edilməsi barədə sərəncam verib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, prokuror 2010-cu ildən həmin vəzifəni tuturdu və bu günlərdə öz xahişi ilə işdən azad edilmək üçün ərizə yazmışdı.

Prokuror Rebonun işdən azad edilməsi azərbaycanlının rüşvət verməsi epizodu ilə bağlıdır. Belə ki, Moskva rayonunda dələduzluqda ittiham olunan Azərbaycan sakini tutulub. İstintaq hesab edir ki, o rayon prokurorluğunun apardığı yoxlama ilə bağlı “məsələni həll etmək üçün” 95 min avro rüşvət verib. Daha sonra aydınlaşıb ki, bu iş üzrə materiallar səkkiz aydır prokurorluqdadır, amma tədbir görülmür.

Bu epizoddan sonra Vladimir Rebonun köməkçisi Tarakanov işdən çıxarılıb, ardınca prokuror müavini Petrov vəzifədən uzaqlaşdırılıb. Situasiyanı FTX-nin yerli şöbəsində araşdırmağa başlayıblar. Bundan əlavə əməliyyatçılar müəyyən ediblər ki, Rebo bir neçə dəfə Finlandiyaya dincəlməyə gedib, amma bu səfərlərini rəhbərliklə razılaşdırmayıb və raport yazmayıb.

“Fontanka” yazır ki, Vladimir Rebo Sankt-Peterburqda ən nüfuzlu rayon prokurorlarından hesab edilirdi. Onun Moskvada güclü əlaqələrinin olduğu bildirilir. Əmisi Mixail Rebo Almaniyadakı yəhudi icmasının əhəmiyyətli fiqurlarından biridir, habelə Avropadakı rus mafiyası işində adı keçir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz