Azərbaycanlı fəallar saxlanıldı – Ailələrinə xəbərdarlıq edildi

Azərbaycanlı fəallar saxlanıldı – Ailələrinə xəbərdarlıq edildi

Güney Azərbaycanlı milli-mədəni fəallar Tohid Əmir Əmini və Kiyanuş Aslani İranın təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən Tehranda saxlanılıb.

Hurriyyet.org Teleqraf.com-a istinadən xəbər verir ki, bundan əvvəl isə milli fəalların Ərdəbildə yaşayan ailə üzvləri ilə əlaqə saxlanılıb və onlara övladlarının mədəni fəaliyyəti ilə bağlı xəbərdarlıq edilib.

Fəalların ailələrinə bildirilib ki, Tohid Əmir Əmini və Kiyanuş Aslani mədəni fəaliyyətlərini davam etdirəcəkləri halda həbs ediləcəklər.

Qeyd edək ki, Kiyanuş Aslani Tehran Azad Universitetinin tələbəsidir. Tohid Əmir Əmini isə Tehranda işlədiyi üçün bu şəhərdə yaşayır.

Hələlik fəalların hansı ittiham əsasında saxlanılması barədə məlumat yoxdur. Lakin ehtimala görə, fəallar tanınmış milli-mədəni fəal Abbas Lisaninin saxlanılmasına Güney Azərbaycanda başlamış etirazlara qoşulduqları üçün saxlanılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA