Azərbaycanlı girovun azad edilməsinə RƏSMİ MÜNASİBƏT

Azərbaycanlı girovun azad edilməsinə RƏSMİ MÜNASİBƏT

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin azərbaycanlı girov Elnur Elman oğlu Hüseynzadəni azad etməsinə münasibət bildirib.

Publika.az-ın sorğusuna cavabda Dövlət komissiyası bildirib: “Aidiyyəti beynəlxalq təşkilatlardan daxil olmuş məlumata əsasən, 1 fevral 2017-ci il tarixdə Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu 2 fevral 2019-cu il tarixdə saxlanıldığı Şuşa şəhərindən Ermənistan Respublikasına aparılmışdır. Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmış və hazırda bu istiqamətdə zəruri işlər aparılır”.

Qeyd edək ki, Qarabağdakı separatçı rejimi azərbaycanlı girov Elnur Elman oğlu Hüseynzadəni fevralın 2-də həbsdən azad edib. Elnur Hüseynzadə 2017-ci ilin fevralında girov götürülüb. Onunla bağlı qondarma rejimin məhkəməsi 2018-ci ilin fevralında qərar qəbul edib. Ermənistan mediası azərbaycanlı girovun Azərbaycana qayıtmayaq istəmədiyini, buna görə də üçüncü ölkəyə getməsinə şərait yaradılacağı haqqında məlumat yayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA