Azərbaycanlı jurnalist "Bakını "İsgəndərlərlə " vurmaq lazımdır" deyən rus politoloqu İFŞA ETDİ - VİDEO

Azərbaycanlı jurnalist "Bakını "İsgəndərlərlə " vurmaq lazımdır" deyən rus politoloqu İFŞA ETDİ - VİDEO

Moskvada yaşayan tanınmış azərbaycanlı jurnalist Anar Həsənov rusiyalı politoloq Vladimir Evseevin bir neçə gün bundan əvvəl səsləndirdiyi "Bakını "İsgəndərlərlə " vurmaq lazımdır" kimi cəfəng bəyanatına cavab verib.


Jurnalist Anar Həsənov sözügedən məsələ ilə bağlı geniş məqalə ilə çıxış edib.


Anar Həsənovun müəllifi olduğu sözügedən məqaləni oxuculara təqdim edirik:


Söhbətin nədən gedəcəyi bəllidir. Bu mövzuya müdaxilə etməyə məcburam. Səbəb: Hesab edirəm ki, heç bir səlahiyyəti olmayan birisinin ehtimalından sui-istifadə gündəmimizi zəbt edib.


Peşəkar həmkarlarım sifariş yerinə yetirməyə məcburdu, Rusiyanı söymək startında duran qeyri peşəkar ura patriotlar üçün isə bu bir fürsətdir.


Yevseevin çıxışının gündəmi zibilləməsi, fikrimcə bir neçə məqsəd güdür:


Birincisi, Qarabağı qaytara bilməyən səriştəsizlər üçün bu kimi bəyanatlar “Rus imkan vermir” cümləsi üçün bir girəvədir, və inanın ki, Bakıda bu kimi bəyanatları gözləyənlərin sayı Ermənistandan elə də az deyil. Əli qolumuzu kilitləmək istəyənlərin imkanı olsaydı, Evseevə bir "Tərəqqi" medalı da verərdilər, - ən azı dekabrı da bir təhər bu ehtimal, versiya və nəzər nöqtəsinə şərhlər verməklə bitirəcəklər və beləcə münaqişənin 31-ci illiyinə qədəm qoyacıq.

 


Vladimir Evseev 2013-cü ilə kimi Azərbaycan meylli bəyanatları və şərhləri ilə məşhur olub. O nə Ermənistan sevdalıdır, nə də Azərbaycan. İstər şəxsi, istərsə də işgüzar görüşlərimiz zamanı Azərbaycanla bağlı ancaq müsbət fikirləri ilə fərqlənib. Bir zamanlarsa rəsmi Bakının keçirtdiyi tədbirlərin qonağı idi. 2014-cü ilə qədər bizim MÜŞTƏRİMİZ olub. 2014-ci ildən sonra keçib o biri tərəfə, daha dəqiq desək xalqımızın düşməni Konstantin Zatulinə beyət edib. İndi niyə görə peşəkarı itirmişik, niyə məşhur ekspertin məcburiyyətdənmi o tərəfə keçib sualına qoy Türkmənistanın xalq artisti Polad Bülbüloğlu və müvafiq qurumlar versin. Lobbizm siyasəti ilə bağlı sorumlular arasında səfirliyimiz hər halda sonuncu instansiya deyil.


Xülasə, Vladimir Evseevin "iskəndər" raketləri ilə bağlı çıxışının əsas məqsədi Azərbaycanı Rusiya ilə birgə hava hücumundan vahid müdafiə sistemi qurmağa çağırışdır. Artıq uzun illərdir ki, Evseev və başqa mütəxəssislər bunu bizə eşitdirir. Düşüncələrimin mənbəyi Evseevlə keçirdiyim görüşlər və aşağıda təqdim edilən videoarxivdir.


Aşağıdakı video 2014-cü ilin sentyabrında çəkilib. Rusiya Azərbaycanla hava hücümunda ümumi müdafiə sistemi qurmaqla Azərbaycanın digər dövlətlərlə hərbi siyasi əməkdaşlığını sıfıra endirməyə cəhd edir.


Ermənistanla analoji anlaşması olan Rusiya Azərabycana da qucağını açır və bunun ardınca Azərbaycanın Rusiyadan asıllığı daha da artır.


Ehtimal edilən bu əməkdaşlıq sonradan yeni silahların alınmasını, birgə təlimləri, hərbiçilərimizin Rusiya ali hərbi məktəblərinə göndəriıməsini diktə edir və bir sözlə, "come back to USSR!".


Evseevin İrəvanda keçən həftə səsləndirdiyi ehtimala gəldikdə, o bir neçə il bundan öncə qaldırılan məsələnin davamından başqa bir şey deyil. Mövzunu uzatmaq da olar, amma bu yazı qonorar xatirinə yazılmır ki, həcmini böyüdüm. Videonu izləyin və Evseev məsələsinə bir yağlı nöqtə qoyun.


P.S. Unutmayın ki, qapalı cəmiyyətlərın mətbuatındakı şərh və yazılar səmimi olmaya da bilir! \\Demokrat.Az

 

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA