Azərbaycanlı rejissorun filmi İspaniyada mükafata layiq görüldü

Azərbaycanlı rejissorun filmi İspaniyada mükafata layiq görüldü

Valensiyada tanınmış kinorejissor Ramil Muradovun qisa metrajlı filmi Festival Internacional de cortometrajes -in Valencia City 19-cu Qalası təqdim olunub. Film dünyanın hər tərəfindən 500 qısa metrajlı filmlər arasından seçilərək mükafata layiq görülüb. Filmdə məhşur xalq artislərimiz yer alıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə “Valensiya Azərbaycanlıları” Cəmiyyətinin sədri Mübariz İbrahim məlumat verib.

“Burdan öz və “Valensiya Azərbaycanlıları” Cəmiyyəti adından Ramil bəyi təbrik edirəm. Mənim üçün çox qürurverici bir hiss idi, o gecə Ramil bəyin cəkdiyi film dünya filmləri arasından seçildi. İnşallah uğurları hər zaman daim olsun və Azərbaycan kino mədəniyyətini dünyanın hər yerində layiqincə təmsil etdiyinə görə bir daha dərin minnətdarlığımı bildirirəm”.

Elnur Eltürk

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA