Azərbaycanlı siyasətçinin Rusiyanı FƏLAKƏTƏ SÜRÜKLƏMƏK PLANI: Ərazilər necə qaytarılacaq?

Azərbaycanlı siyasətçinin Rusiyanı FƏLAKƏTƏ SÜRÜKLƏMƏK PLANI: Ərazilər necə qaytarılacaq?

Prezident seçkilərinə hazırlaşan ukraynalıların əsas problemlərindən biri Donbasdakı müharibə və Krımın Rusiya tərəfindən ilhaqıdır. Son ayların bütün sosioloji tədqiqatları tezisi də təsdiq edir: Donbasda müharibə və Krımın qayıdışı qarşıdakı seçkilərin top-mövzusu olaraq qalır. Belə ki, “Reytinq” qrupunun məlumatına görə, 2018-ci ilin dekabrında ukraynalıların 39 faizi Donbas probleminin həllini gələcək prezident üçün prioritet mövzu hesab edirdilər Bəs, prezidentliyə namizədlər nə təklif edirlər.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Ukraynanın “Obozrevatel” nəşri prezidentliyə namizədlərin Donbas və Krım üzrə siyasi mövqeyini təqdim edib.

Poroşenko kursunu davam etdirir

Hazırkı prezidenti Pyotr Poroşenko Minsk danışıq prosesinin saxlanılmasını, həmçinin müvafiq razılaşmalarının icrasını dəstəkləyir. Bundan başqa, prezident vəziyyətdən çıxışın təsirli mexanizmlərindən biri kimi bütün münaqişə zonasına BMT sülh missiyasının yerləşdirilməsini görür.

O, paralel olaraq Ukrayna ordusunun gücləndirilməsini və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təkid edir. Onun sözlərinə görə, bütün beynəlxalq meydançalarda Rusiyaya diplomatik təzyiq göstərmək, müharibə və zəbt edilmiş ərazilərə görə kompensasiyaların ödənilməsini tələb etmək lazımdır.

Poroşenko döyüşçülərin hər hansı amnistiyasına, ölkənin federallaşmasına və ya Donbasa xüsusi statusun verilməsinə (Poroşenko bunu ərazilərin faktiki olaraq Rusiyaya təslimi adlandırır –red.) qarşı çıxır.

Zelenskiyin güzəşti

Vladimir Zelenskiy problemin diplomatik həllini və Rusiya rəhbərliyi ilə birbaşa danışıqların keçirilməsini dəstəkləyir. O, birinci növbədə Donbasda atəşin dayandırılmasına köklənib.

“Hər şeydən əvvəl istəyirəm ki, güllələnməni dayandırsınlar. Bu razılaşma, düşünürəm ki, çox mürəkkəb deyil, razılaşmaq olar. Birinci, öldürməyi dayandırmaq lazımdır. Bütün insanlarımızı qorumaq əhəmiyyətlidir”, - namizəd öz müsahibələrdən birində vurğulayıb.

Bu halda, ərazilərin və ya milli maraqlarının təslimindən söhbət getmir. Zelenskiy əmindir ki, Vladimir Putinlə danışıqlar stoluna oturmağı və onu nəzarəti altında olan döyüşçülər vasitəsilə Ukrayna hərbçilərinin mövqelərinə hücüm etməməyə inandırmağı bacaracaq. Həmçinin, siyasətçinin proqramında “təzavüzkarın zərərlərə görə kompensasiyalar ödəməsi” haqqında bənd də var.

Namizəd həmçinin, Budapeşt memorandumuna və beynəlxalq səhnədə ABŞ və Avropa İttifaqının köməyinə dıqqət ayırır.

Timoşenkonun alternativi

Yuliya Timoşenko danışıqlar prosesinə fokuslanmağı təklif edir. Onun fikrincə, münaqişəni yalnız ABŞ, Rusiya və Böyük Britaniyanın olduğu Budapeşt formatı, həmçinin Avropa İttifaqının Baş komissarı və Almaniyanın iştirakı ilə həll etmək olar. Həmçinin “milli maraqlar və ərazilərin” təslimindən söhbət getmir.

“Krım və Donbasın reinteqrasiyası proqramı bizim komandamız tərəfindən hazırlanıb. Bu, bugünkü “Minsk düsturu”na alternativdir. Əas məsələ Ukrayna və işğal edilmiş ərazilər arasında süni yaradılan qorxu və nifrət divarını dağıtmaqdır”, - Timoşenko öz proqramında yazıb.

O, Ukraynaya təcavüzə görə Rusiyadan kompensasiyaların alınmasına da diqqət ayırır. Timoşenko əmin edir ki, hakimiyyətə gəlişindən sonra Rusiyaya qarşı iddialar irəli sürüləcək.

Qritsenkonun yanaşması

Keçmiş müdafiə naziri və "Vətəndaş təşəbbüsü” Partiyasının lideri Anatoli Qritsenko problemə kompleks yanaşmanı təklif edir: ərazilərin qayıdışı üçün bütün mümkün - hüquqi, hərbi, iqtisadi və sanksiya alətlərindən istifadə etmək. Onun fikrincə, Donbas problemini ən yaxın illər ərzində həll etmək olar.

Siyasətçinin Krıma bağlı mövqeyi də qətidir: “Krımda güzəşt olmayacaq, oradakılar bizim vətəndaşlarımızdır, Krım bizim torpağımızdır və Krım Ukraynanın olacaq!”.

Vilkuldan “sürətli sülh”

Aleksandr Vilkul qısa müddətdə Ukraynada müharibəni başa çatdırmağı təklif edir. O, bunun üçün ABŞ və Rusiya ilə birbaşa danışıqları nəzərdə tutan sülh planını hazırlayıb. Prezidentliyə namizədin hədəfi BMT-nin Təhlükəsizlik Şurasında qətnamənin qəbuludur. Qətnamə Donbasda BMT-nin sülh kontingentinin yerləşdirilməsini təmin edəcək. Növbəti addım BMT-nin himayəsi altında beynəlxalq administrasiyanın yaradılması olacaq. Plana görə, sonra Donbasda Ukrayna qanunvericiliyi üzrə və Ukraynanın siyasi partiyalarının iştirakıyla seçkilər keçirilməlidir. Paralel olaraq Ali Rada Minsk razılaşmalarının məntiqinə söykənərək qanun layihələri paketini qəbul etməlidir.

Vilkul qeyd edir ki, sülhün bərpası üçün Ukraynanın neytral dövlət statusu olmalıdır. O, Konstitusiyada bu statusu referendumla möhkəmləndirməyi planlaşdırır.

Boyko: birbaşa danışıqlar

“Münaqişənin bütün tərəfləri ilə birbaşa danışıqlara keçmək lazımdır. İkincisi, bu ərazilərin xüsusi statusu olmalıdır, çünki bərpa üçün orada bir neçə il sülh həyatı lazımdır. Və ağır cinayətlərə cəlb olunmayanlar üçün amnistiya haqqında qanun qəbul olunmalıdır”, - prezidentliyə namizəd Yuri Boyko çıxış edib.

Onun fikrincə, münaqişənin nizama salınması üzrə təkliflərin formalaşmasından sonra, onları ümumukrayna referendumuna çıxartmaq lazım olacaq.

Lyaşkonun radikal yanaşması

“Radikal” Partiyasının lideri Oleq Lyaşko ABŞ-la birbaşa hərbi razılaşmanı imzalamağı təklif edir. O, paralel olaraq Budapeşt memorandumunun icrasını tələb edəcək. Siyasətçi Ukraynaya nüvə statusunu qaytarmağa söz verir.

Bu halda siyasətçi Minsk razılaşması ilə bağlı kəskin neqativdir.

“İnsanlar Donbasda müharibədən yorulublar. O ən yaxşı vətəndaşlarımızı aparmağa davam edir. Mən sülh üçün hər şeyi etməyə hazıram. Amma kapitulyasiya ilə. Bizim hədəfimiz qələbədir. O zaman qalib gələcəyik ki, güclü iqtisadiyyat olacaq”, - siyasətçi öz proqramında yazıb.

Murayevin bir neçə səviyyəsi

“Dünyanın qurulması məsələsi çoxsəviyyəlidir. Minsk razılaşmalarının icrası və münaqişənin bütün tərəflərinin birbaşa razılığı ilə döyüş əməliyyatlarının dayandırılması, iqtisadi və sosial əlaqələrin bərpası yalnız birinci səviyyədir”, -Yevgeni Murayev proqramında yazıb.

İkinci səviyyə, Ukrayna həmişəlik xarici idarədən azad olub, öz neytral statusunu qaytarmalıdır. Onun fikrincə, Ukrayna yalnız tərəf seçimindən imtina edərək müharibəni qurtara, itirilmiş əraziləri və geosiyasi imicini qaytara bilər.

Bitərəflik və bloklara qoşulmamaq haqqında qərar ümumukrayna referendumunda qəbul ediləcək və Konstitusiyada möhkəmləndiriləcək.

Üçüncü səviyyə, Ukraynanın daxilində mədəni müharibənin dayandırılması, qərb və cənubi-şərq regionları arasında pozulmuş siyasi balansın bərpasıdır.

Nəsirovun siyasi həlli

Prezidentliyə namizəd Roman Nəsirov əmindir ki, Minsk razılaşmaları beynəlxalq hüquqi sənəd kimi əhəmiyyətli mənaya malikdir. Onun fikrincə, razılaşmalar anti-Rusiya koalisiyasını möhkəmləndirib və beynəlxalq hüquqda müsbət rolu oynamağa davam edir.

“Hərçənd, Rusiya razılaşmalarına məhəl qoymur, amma bütün bunlardan məlum olur ki, Minsk sənədləri yenə də danışıqlar prosesində əhəmiyyətli amildir. Və buna məhəl qoymamaq, çox güman ki, yanlış olardı. Biz Rusiyanın təcavüzünə təsir etmək üçün bütün beynəlxalq imkanlardan istifadə etməliyik”, - namizəd əmindir.

Nəsirov Budapeşt memorandumunun məqsədəuyğunluğundan şübhələnir. Namizəd Ukrayna ordusunun gücləndirilməsi, hərbi texnikanın artırılması və beynəlxalq müttəfiqlərlə, xüsusən ABŞ-la əməkdaşlığın dərinləşməsinə diqqət ayırır.

Azərbaycanlı prezidentliyə namizəd bu fikirdədir ki, sanksiyalar, beynəlxalq münasibətlərin məhdudiyyəti və Rusiya ilə əməkdaşlığın dayandırılmasının tətbiqi yolu ilə Rusiyaya və onun rəhbərliyinə iqtisadi, siyasi və humanitar təzyiqin əhəmiyyətli gücləndirməsi ölkənin beynəlxalq siyasətdə diskreditasiyasına və ölkə daxilində ciddi sarsıntılara hökmən gətirib çıxaracaq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA