Azərbaycanlı uşaqlar Çavuşoğlunu belə kövrəltdi - VİDEO

  • |

Azərbaycanlı uşaqlar Çavuşoğlunu belə kövrəltdi - VİDEO

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ABŞ-a səfəri çərçivəsində bu ölkədə təhsil alan Azərbaycan və Türkiyə tələbələri ilə görüşüb.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, nazir ABŞ-da təhsil alan Türk və azərbaycanlı tələbələrlə Azərbaycanın Vaşinqtondakı iqamətgahında bir araya gəlib. Görüşdə daha diqqət çəkən məqam isə, Çavuşoğlunu azərbaycanlı azyaşlı uşaqların qarşılaması olub. Belə ki, nazir avtomobilindən düşüb, səfirliyin binbasına daxil olarkən uşaqların ona dediyi sözlər naziri kövrəldib.

Uşaqlardan biri "Cənab nazir səfirliyimizin binasında ailəmizin bir üzvü kimi sizi qarşılamağa çox sevinirik. Xoş gəlmisiz" deyib. Nazir isə azərbaycan dilində "Xoş gördük..." deyə cavab verib. Daha bir uşaq isə nazirə Azərbaycan Türkiyə şeirini deyib: "Bir millətik iki dövlət, eyni arzu, eyni niyyət, Hər ikisi cumhuriyyət, Azərbaycan, Türkiyə".

Həmin görüntünü sizlərə təqdim edirik:

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA