Azərbaycanlılar Çernobıla səfər etmək istəyirmi? - VİDEOSORĞU

  • 2019-06-25 11:32:00
  • |
  • Ölkə /

Azərbaycanlılar Çernobıla səfər etmək istəyirmi? - VİDEOSORĞU

Bu yaxınlarda Amerikanın məşhur telekanal qrupu HBO-nun Ukraynanın Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən güclü nüvə partlayışı barədə ekranlaşdırdığı serial dünyada, o cümlədən Azərbaycanda böyük maraqla qarşılanıb. Serialın qısa müddətdə məşhurlaşmasından sonra dünyanın müxtəlif ölkələrindən hadisə baş verən əraziyə üz tutanların sayı əvvəlki dövrlərlə müqayisədə dəfələrlə artıb.

Azərbaycandan da müxtəlif turların təşkil edilməsi ilə bağlı elanlar yayımlanır.

Hurriyyet.org bildirir ki, “Report”un əməkdaşları Bakı əhalisindən Pripyata getmək istəyib-istəmədiklərini soruşub.

Videosorğunu təqdim edirik:

Qeyd edək ki, 26 aprel 1986-cı ildə baş verən qəzanın aradan qaldırılmasının ilk iki ilində xilasetmə işlərinə 650 min insan cəlb edilib. Rəsmi məlumatlara görə, onların 15 mini bir neçə ildən sonra dünyasını dəyişib. Qeyri-rəsmi məlumatlara görə, qəzanın aradan qaldırılmasında iştirak edən təxminən 95-100 min adam məruz qaldığı şüalanma nəticəsində ölüb. Xilasetmə işlərində çalışan 500-550 min arası adam isə ağır xəstəliyə tutulub.

Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən “Sarkofaq” əməliyyatında 129 Azərbaycan vətəndaşı iştirak edib. Onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar. Qəzanın nəticələrinin aradan qaldırılması üçün Çernobıla ümumilikdə 7 min azərbaycanlı göndərilib. Onlardan 2000 nəfəri şüalanmadan vəfat edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA