Azərbaycanlıların yaşadığı rayonun sabiq rəhbəri saxlanıldı

Azərbaycanlıların yaşadığı rayonun sabiq rəhbəri saxlanıldı

Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisi rayonu administrasiyasının keçmiş rəhbəri Giorgi Arevadze saxlanılıb.

Hurriyyet.org xəbər verir ki, ilkin məlumatlara görə, o, vəzifədə olarkən müxtəlif cinayətlər törətməkdə ittiham olunur.

G.Arevadze 2004-2007-ci illərdə Bolnisi rayonu administrasiyasının rəhbəri vəzifəsini tutub.

Gürcüstanın Baş Prokurorluğu keçmiş dövlət məmurunun saxlanılmasını təsdiq etsə də, istintaqın hansı maddə üzrə aparıldığını hələlik açıqlamır.

G.Arevadzeyə qarşı bu gün ittihamın rəsmən irəli sürüləcəyi gözlənilir. \\Report