Azərbaycanlının Rusiyada 42 yaşlı qadınla evlənməsi gündəm oldu

Azərbaycanlının Rusiyada 42 yaşlı qadınla evlənməsi gündəm oldu

37 yaşlı Azərbaycan vətəndaşının Rusiyanın Bryansk əyalətində 42 yaşlı qadınla ailə qurması rezonans doğurub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, azərbaycanlının məhz ailə xətrinə deyil, Bryanskda müvəqqəti məskunlaşmağa icazə ala bilmək üçün rus qadınla evləndiyi üzə çıxıb. Qurum ərlə-arvadın hər ikisinin, yaxud da onlardan birinin ailə qurmaq istəmədiyinə qərar verib. Bu isə Rusiya Ailə Kodeksinə ziddir. Prokurorluq araşdırmadan sonra ZAQS kağızının ləğvinə qərar verib və bununla bağlı məhkəməyə müraciət olunub.

Məhkəmə ZAQS idarəsinin tələbini yerinə yetirib və azərbaycanlı ilə rus qadının nikahı pozulub. Azərbaycanlının tezliklə vətəninə göndəriləcəyi deyilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA