Azərbaycanlıya işgəncə verildi - PAŞİNYANA GÖRƏ

  • 2019-04-15 16:53:11
  • |
  • Region /

Azərbaycanlıya işgəncə verildi - PAŞİNYANA GÖRƏ

Güney Azərbaycanın “Traktor” (Təbriz) və İranın “Sepahan” futbol klubları arasında keçirilmiş oyunda Azərbaycan bayrağını qaldıran soydaşımız təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb.

Hurriyyet.org Teleqraf.com-a istinadən xəbər verir ki, Ehsan adlı güney azərbaycanlı gənc Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan Baş naziri Nikol Paşinyanın Tehrana səfərinə etiraz olaraq, oyunda Azərbaycan bayrağını nümayiş etdirib.

Mədəni fəal oyun bitdikdən sonra İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ona təcridxanada vəhşicəsinə işgəncə verilib. Hadisə fevralda Tehrana gələn Nikol Paşinyanın Tehrana səfərindən bir neçə gün sonra baş versə də, bu barədə xəbər yeni yayılıb.

Bu, azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri paylaşdıqları postlarda hökumətə “nə üçün hökumət Tehran və İsfahanda işğalçı ölkənin bayrağını qaldıran ermənilərə qarşı bu şəkildə davranmır?!” kimi suallar ünvanlayıblar.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA