Azərbaycanlıya Yaponiyada məşqçilik diplomu verildi - FOTO

  • 2019-03-28 23:59:01
  • |
  • İdman /

Azərbaycanlıya Yaponiyada məşqçilik diplomu verildi - FOTO

Yaponiyada Beynəlxalq Cüdo Təhsili Proqramı üzrə seminarlar keçirilib.

Dünya cüdosunun ən nüfuzlu tədbirlərindən olan təhsil proqramında müxtəlif ölkələrdən məşqçilər iştirak ediblər.

Onlar bir ay müddətində Yaponiyanın tanınmış cüdo mütəxəssislərinin rəhbərliyi ilə təşkil olunan seminarlarda bu idman növünün sirlərinə daha yaxından yiyələniblər.

Seminarda ölkəmizi Rafael Şahverdiyev təmsil edib. Məşqçimizə Beynəlxalq Cüdo Təhsili Proqramının diplomu verilib.

R.Şahverdiyevə diplomu Yaponiya Cüdo Federasiyasının prezidenti Yamashita Yasuhiro təqdim edib. Təmsilçimiz öz növbəsində mötəbər tədbirdə iştirak etdiyi üçün federasiyaya təşəkkürünü bildirib:

"Mənə bu şəraiti yaratmaqda, ölkəmizə Yaponiyadan təhsil diplomunu gətirməkdə kömək göstərən Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycanı burada təmsil etmək mənim üçün çox qürurverici idi".\\Oxu.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA