“Azercell Telecom” SMS tariflərini 2 dəfə artırır - BAHALAŞMA QƏRARI

“Azercell Telecom” SMS tariflərini 2 dəfə artırır - BAHALAŞMA QƏRARI

“Azercell Telecom” MMC sabahdan fakturalı və fakturasız (Sim Sim) abunəçilər üçün SMS tariflərini orta hesabla 2 dəfə artırır.

Hurriyyet.org
report-a istinadən xəbər verir ki, bu barədə şirkətin abunəçilərə müraciətində bildirilir.

Məlumata görə, fakturasız xətt sisteminə aid nömrələrdə mövcud olan “Azercellim”, “Bizimkilər”, “Hər yerə”, “Gənc Sim””, “Bölgə” və “Tələbə birliyi” tarifləri çərçivəsində hər SMS-in qiyməti 2 qəpik və yaxud 67% artırılaraq 5 qəpik, fakturalı xətt sistemində mövcud olan “Hər yerə”, “Ailə tarif”, “Dövlətcell”, “SOCAR” və “Mediacell” tarifləri çərçivəsində isə hər SMS-in qiyməti isə 2,5 dəfə artırılaraq yenə də 5 qəpik müəyyən edilib.

Xatırladaq ki, "Azercell Telecom" bu ilin bu ayın əvvəlindən roaminqdə istifadə edilən interneti də 80% bahalaşdırıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA