““Azəriqaz” aşkar şəkildə vətəndaşların cibinə girir” - “Ucar rayonundan yüzlərlə abonent bu fırıldağın qurbanı olub"

““Azəriqaz” aşkar şəkildə vətəndaşların cibinə girir” - “Ucar rayonundan yüzlərlə abonent bu fırıldağın qurbanı olub"

Ucar şəhər sakini, Heydər Əliyev prospekti ev 91 mənzil 16-da yaşayan İsmayılzadə Akif Səlim oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Yazısında "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyindən şikayət edən müəllif, Milli Məxlisin deputatlarına da müraciət ünvanlayıb:

Картинки по запросу “"Azəriqaz" aşkar şəkildə vətəndaşların cibinə girir” – UCAR SAKİNİ DEPUTATLARA MÜRACİƏT ETDİ

“Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli qərarına əsasən, 2017-ci il yanvar ayının birindən etibarən əhaliyə verilən illik qazın həcminin 1700 kubmetr dəyərinin hissəsi 10 qəpiklə, artıq istifadə olunan qazın həcminin qiyməti isə hər kubmetrə görə 20 qəpiklə hesablanır. Hər ilin dekabr ayının sonunda sayğaclar sıfırlanmalı olduğu halda, "Azəriqaz" İstehsalat Birliyinin Ucar rayon Qaz İstismarı İdarəsi mənim mənzilimin sayğacını yanvar ayının 10-da gəlib sıfırlayıb. Mən buna etiraz etdikdə isə idarənin əməkdaşı mənə dediki "Azəriqaz"da il yanvarın 10-da dəyişir. Bunun nəticəsində mənə on bir manat ziyan dəyib. "Azəriqaz" bu fırıldağını tək mənə qarşı etməyib. Araşdıran olsa, Ucar rayonundan yüzlərlə abonent bu fırıldağın qurbanı olub.

"Azəriqaz"ın mətbuat katibi İbrahim Kərbalayev mətbuatda gedən yazılara açıqlama verərkən isə bu məsələyə süni şəkildə don geyindirərək, öz soyğunçularını müdafiə edir. Halbuki 2016-cı ilin dekabr ayında Tarif Şurası bu qərarı verən zaman və 2017-ci ilin dekabr ayının sonlarında İbrahim Kərbalayev özü şəxsən açıqlamasında qaz sayğaclarının dekabrın 31-ə kimi sıfırlanaraq, yeni ilin yanvarın birindən abonentlərin limitlərinin yeniəcəyini bildirmişdi. Amma nədənsə 2019-cu ildə o açıqlamasında əvvəlki illərdə dediyi sözü demək əvəzinə, "Azəriqazın" fırıldaqçı əməkdaşlarının qanunsuzluqlarını müdafiə etmək üçün bu sözləri əlavə etdi ki, yanvarın biri, ikisi və beşi, altısı bayram günləri olduğu üçün yeddisi yanvar tarixindən sonra abonentlərə bildirişlər göndərilib.

İbrahim Kərbalayevə bildiririrəm ki, siz sadaladığınız tarixlərin içində nəyə görə üçü və dördu yanvar tarixlərinin iş günü olduğunu qeyd etmirsiniz? Eyni zamanda uzun illər vəzifədə işləyən təcrübəli şəxs kimi bildirim ki, qanuna əməl etmək lazımdır. Əmək qanunvericiliyində belə halda, yəni bayram günlərində və istirahət günlərində işləyənlərin ya həmin əmək gününə görə aldığı məvacib ikiyə vurulmalıdır, ya da həmin işçinin məzuniyyət günlərinə əlavə olunmalıdır.

Hörmətli millət vəkilləri!

Sizi Milli Məclisə ona görə seçmişik ki, ali qanunverici orqanımız olan Milli Məclisdə qanunların işlənib hazırlanmasına, qəbul olunmasına və bu qanunların həyata keçirilməsinə nəzarət edəsiniz.

Amma "Azəriqaz" İstehsalat Birliyi aşkar şəkildə bu gün vətəndaşların cibinə girir. Bu qanunsuzluğun qarşısı alınmır. Hətta bu qanunsuzluqları "Azəriqaz"ın mətbuat katibi İbrahim Kərbalayev rəsmi şəkildə müdafiə edir. Bu da onu göstərir ki, törədilmiş qanunsuzluqlardan birbaşa "Azəriqaz"ın rəhbərliyinin xəbəri var. Siz isə verilmiş qanunun işlənilməsinə nəzarət etməli olduğunuz halda heç vətəndaslara qarşı olunan bu haqsızlıqlara qarşı etirazınızı da bildirmirsiniz. Nəyə görə siz parlamentin iclasında bu qanunsuzluqlardan danışmırsınız? Biz vətəndaşlara qarşı olunan bu qanunsuzluğa göz yuman millət vəkillərinə bizim nə ehtiyacımız var? Biz sizləri nəyə görə seçmişik: pozulmuş hüquqlarımızın bərpa olunmasını tələb etmək üçün.

Müraciətimin sonunda millət vəkillərimizə sözüm odur ki, pozulmuş qanunlarımızı gördükdə susmaq həmin əməlləri törədənlərlə şərik olmaq deməkdir. İbrahim Kərbalayevə isə sözüm odur ki, "Azəriqaz"ın əməkdaşlarının törətdikləri bu əməllər cinayət əməlidir”.

KƏNAN, Hurriyyet.org

Redaksiyadan: Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA