”Azərişiq”: “Elektrik enerjisi təchizatında 27 faiz həcmində məhdudiyyət tətbiq olunub”

  • 2018-07-12 18:25:10
  • |
  • Aktual /

”Azərişiq”: “Elektrik enerjisi təchizatında 27 faiz həcmində məhdudiyyət tətbiq olunub”

““Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub”.

Hurriyyet.org xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, ”Azərişiq” ASC öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin–Bakı Metrosu, Heydər Əliyev hava limanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar: “Yaranmış narahatçılığa görə ”Azərişiq” ASC istehlakçılarından üzr istəyir”.

Loading...

QALEREYA