“Azərpoçt” Avropa Məhkəməsinə göndərilən məktubları yoxa çıxarır – FOTO

  • 2019-06-13 10:10:48
  • |
  • Aktual /

“Azərpoçt” Avropa Məhkəməsinə göndərilən məktubları yoxa çıxarır – FOTO

Elçin Sadıqov: “Nə qədər ki, bunula bağlı AŞPA-da dinləmələr keçirilməyəcək, təkcə məktubları deyil, bizi də itirəcəklər”

Hələ bir müddət əvvəl ölkənin tanınmış vəkilləri Azərbaycandan Avropaya göndərilən poçt daşımalarının məqsədli şəkildə itirildiyi barədə xəbər vermişdilər. Həmin açıqlamalarda vurğulanırdı ki, xüsusilə Avropa İnsan Haqları Məhkəməsinə göndərilən məktub və ərizələr məqsədli şəkildə gizlədilir və ya yoxa çıxaraılır ki, şikayətlər vaxtında ünvanıa çatmasın. Hərçənd bu məsələyə “Azərpoçt” DM açıqlama verməkdən yayınırdı. Yalnız bir dəfə sənədlərin itdiyi barədə dilucu söz deməklə kifayətlənmişdi.

Tanınmış vəkil Elçin Sadıqov artıq “Azərpoçt”un “itirmə əməliyyatı” ilə bağlı sosial şəbəkələrdə maraqlı sənəd yayıb. Məşhur vəkil bildirir ki, bir müddət əvvəl ərizəçi E.H.-nin AİHM-ə ünvanladığı məktubun ünvana çatmadığı barədə uzunmüddən “Azərpoçt”dan cavab ala bilməyib. Lakin bu ayın 10-da hörmətli vəkilə rəsmi qaydada məktub göndərən sözügedən qurum etiraf edib ki, onlar həqiqətən də Fransaya göndərilməli olan poçt göndərişini itiriblər.

Qurumun baş direktor müavini Sübhan Kazımov tərəfindən imzalanmış məktubda deyilir ki, 14.01.2019-cu ildə göndərilmiş olan poçt göndərişi Fransaya çatmayıb və buna görə, qarşı tərəfədn üzr istəməklə yanaşı, dəymiş zərəri ödəmək üçün 1 saylı Poçt Şöbəsinə müraciət etmələri xahiş olunub. Dəymiş zərər kimi isə 86 manat 32 qəpik məbləğ göstərilib.

Məsələyə münasibət bildirən vəkil Elçin Sadıqov qeyd edib ki, bu hal ilk deyil və mütəmadi xarakter alıb. “Azərpoçt deyir ki, xüsusilə AİHM-ə göndərilən məktubları biz itiririk. Beləliklə, Ərizəçi E.H-nin də məktubu ərşə çıxıb, yox olub”.

Sadıqov vəziyyətdən çıxış yolunu da göstərib: “Nə qədər ki, AİHM özünə və Konvensiyaya hörmət edib, Konvensiyanın 34-cü maddəsinin pozuntusunu tanımayacaq, nə qədər ki, “Azərpoçt”un AİHM-ə göndərilən məktubların kütləvi şəkildə itirilməsi ilə bağlı AŞPA-da dinləmələr keçirilməyəcək, bu itirmələr daha geniş vüsət alacaq. Gələcəkdə bizi də itirəcəklər”.

Qeyd edək ki, “Azərpoçt” təkcə Avropaya deyil, həmçinin daxildə də şikayət zəminli məktubların itirilməsini xeyli müddətdir həyata keçirir. Bununla bağlı uzun müddətdir müzakirələr gedir və xüsusən əyalətlərdən Bakıya göndərilən şikayət məktublarının “yoxa çıxarılması” porsesi yerli məmurların tapşırığı əsasında həyata keçirilir./jamaz.info/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA