“Azərsığorta” şəhid ailələrinə müraciət etdi

  • 2019-01-30 14:37:33
  • |
  • Sosial /

“Azərsığorta” şəhid ailələrinə müraciət etdi

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) ölkənin ərazi bütövlüyü uğrunda 1997-ci il avqustun 2-nə qədər həlak olmuş, ölmüş və itkin düşmüş hərbi qulluqçuların vərəsələrinə müraciət edib.

Hurriyyet.org-un report-a istinadən məlumatına görə, müraciətdə deyilir ki, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11 000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.

“Bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müarciət edə və sığorta ödənişini ala bilərsiniz”, – deyə müraciətdə qeyd olunub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA