“Azərsu” xəndəyə düşən maşınla bağlı açıqlama yaydı

  • 2019-02-01 11:04:46
  • |
  • Aktual /

“Azərsu” xəndəyə düşən maşınla bağlı açıqlama yaydı

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakının Babək prospektində “Mercedes" markalı avtomobilin xəndəyə düşməsi ilə bağlı məlumat yayıb.

Hurriyyet.org-un xəbərinə görə, məlumatda qeyd olunub ki, Babək prospektinin köməkçi yolunda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar qazıntı işləri aparılıb:

“Qazıntı işləri aparılarkən, bütün tikinti və texniki normalara əməl olunub. Qazıntı aparılan sahənin yaxınlığında məlumatverici lövhə, xəbərdarlıq nişanları və qoruyucu lentlər qoyulub. Mətbuatda yayımlanmış fotoşəkillərdə də məlumatverici lövhələrin və qoruyucu vasitələrin mövcud olması əksini tapıb”.

Qeyd edilib ki, bu xəbərdarlıqedici vasitələr gecə saatlarında hərəkətdə olan bir nəqliyyat vasitəsi tərəfindən dağıdılıb:

“Bundan sonra hərəkətdə olan digər nəqliyyat vasitəsi - “Mercedes” markalı avtomobil xəndəyə düşüb. Hadisə yerinə dərhal “Azərsu” ASC-nin əməkdaşları və texnikası cəlb olunub. Xüsusi texnika vasitəsilə avtomobil xəndəkdən çıxarılıb. Hazırda ərazidə təmir işlərinin başa çatdırılması istiqamətində işlər davam etdirilir", - deyə məlumatda qeyd edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA