AZƏRBAYCAN QIRICISINI RUSİYA DÜŞÜRÜB?

AZƏRBAYCAN QIRICISINI RUSİYA DÜŞÜRÜB?

İlham İsmayıl: “REM vasitəsilə dünyanın təyyarə sistemləri sıradan çıxmır”

Azad İsazadə: “REM vasitəsilə təyyarəni sıradan çıxarmaq mümkündür”

İyulun 24-də itkin düşmüş Azərbaycan HHQ-nin MiQ-29 qırıcı təyyarəsinin axtarışları hələ də davam edir. Göründüyü kimi, ortada nəticə yoxdur. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Xəzər sahili yaxınlığında axtarışlar aparılır.

Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə dənizə düşüb. Pilotun taleyi, eləcə də qəzanın baş verdiyi dəqiq yer məlum deyil.

“Turan” agentliyinə vəziyyətlə tanış olan hərbi mənbənin bildirdiyinə görə, Azərbaycan HHQ-nin itkin düşən MiQ-29 qırıcı təyyarəsinin Rusiya tərəfindən radioelektron mübarizə (REM) sisteminin tətbiqi nəticəsində qəzaya uğradığı istisna olunmur.

Məlumata görə, təyyarə Azərbaycan-Rusiya sərhədi yaxınlığında sahildən 70 km məsafədə dənizə düşüb. Hazırda Rusiya HDQ-nin öz ərazisində REM sisteminin tətbiqi üzrə təlimlər aparması da təyyarə qəzası ilə bağlı bu versiyanın xeyrinə dəlalət edir. Amma hələlik bu versiyanın rəsmi təsdiqi yoxdur.

Maralıdır ki, REM sistemi nədir və Azərbaycanın hava məkanında uçan təyyarəni Rusiyanın qurduğu bu sistemlə məhv etmək olarmı?

“Bu, inandırıcı görsənmir”

Похожее изображение

“Hürriyyət”in sualını cavablandıran təhlükəsizlik eksperti, keçmiş MTN zabiti İlham İsmayıl dedi ki, bununla bağlı mütəxəssisin sözünə ehtiyac var: “Çox təəssüf ki, mütəxəssis olmadan söz demək çətindir. Fikilərşsək ki, redioelektron mübarizə deyilən bir şeylə təyarəni sıradan çıxarmaq olur, onda belə çıxır ki, dünyanın bütün təyyarlərini yerə salmaq olar. Bu, mümkün deyil. Elə bir şey olsaydı, heç dünyada hava hücumundan müdafiə sistemi qurulmazdı, raketlər yaradılmazdı. Ola bilər müvəqqəti nəsə qarışıqlıq yarada bilsin, amma ona qarşı təyyarənin özünün ehtiyat variantları var. Ən azı vizual şəkildə geri qayıtmaq mümkündür. Bu, inandırıcı görsənmir. İkincisi də Rusiya niyə bizim təyyarəni vursun? Rusiya ilə Azərbaycan hakimiyyəti arasında normal münasibətlər var. Düzdür, zaman-zaman Rusiya bizi qorxuda saxlamaq üçün bəzi addımlar atır, amma məhz MİQ-29-la bağlı inandırcı görsənmir ki, hansısa bir iş görsün. Bu, Rusiyanın əleyhinə olan bir şeydir. Sabah MİQ-29 təyyarəsini yetərli saymayıb, Azərbaycan onlardan silah almaz. Rusiya isə maraqlıdır ki, Azərbaycan onlardan silah, tank, top, təyyarə alsın. Ona görə də bu məsələni tam araşdırmaq lazımdır.

Biz bu variantı istisna etmirik. Amma məntiqi nöqteyi-nəzərdən onun bu gün motivinin nədən ibarət olduğu bəlli deyil. Hər bir cinayətin özünün bir motivi olur, motivsiz cinayət olmur. Bu, oradan bilinir. Qara qutunun açılmaması da bir tərəfdəndir. Hər halda, bu işi daha çox Müdafiə Nazirliyi özü biləcək, araşdıracaq, yaxud da heç vaxt araşdırmayacaq”.

“Rusiyadan şübhələnməyə həmişə əsas var”

“Deyirsiniz ki, Rusiya niyə bizim təyyarəni vursun. Bəs, bu məsələdə niyə məhz Rusiya ittiham olunur” sualına İ. İsmayıl belə cavab vedi: “Rusiya ona görə ittiham olunur ki, zaman-zaman bizə müxtəlif təxribatlar eləyib. Bizi xəbərdar etmək, qorxuda saxlamaq üçün şimal və cənub qonşularımız hər dəfə bu addımları atıblar. Biz hələ heç bilmədik ki, Mingəçevir SES-də baş verənlər təxribatdır, yoxsa korrupsiyanın əlaməti olaraq ayrılan pulların yeyilməsidir. Buna bir aydınlıq gətirilmədi. Çünki həyati vacib obyektin sıradan çıxarılması təxribatın önündə gələn bir şeydir. Ona görə, şübhələri bilirik. Rusiya həmişə Cənubi Qafqazda özünün dominantlığını sübut etmək, təsirini artırmaq üçün Azərbaycana da, digər Cənubi Qafqaz respublikalarına qarşı da zaman-zaman təxribatlara əl atıb, qorxuducu işlər görüb. Ən böyük kozrı da əlində Qarabağ faktorudur. Rusiyadan şübhələnməyə həmişə əsas var. Çünki Rusya bizə dost kimi baxmır. Rusiya da, İranda bizim müstəqilliyimizi sinirə bilmir. Burada müstəqil, inkişaf etmiş Azərbaycanı görmək istəmirlər. Özündən aslı vəziyyətdə olmasını istəyir. Ona görə də Rusiyadan həmişə şübhələnirik. Bu, onların bizə qarşı siyasətinin mahiyətindən doğan şübhələrdir.

“Təyyarə vurulsa belə, onun bir əlaqəsi yerlədir”

“Sizin dedilərinizdən belə qənaətə gəlmək olur ki, bu, Rusiyanın təxribatı ola bilər” dedikdə İ. İsmayıl qeyd etdi ki, təxibat ola bilər, amma məhz REM vasitəsilə olması inandırıcı deyil: “Yəni məhz REM vasitəsilə dünyanın təyyarə sistemləri sıradan çıxmır. Bu, mane ola bilir, amma sıradan çıxmır. Ona görə, bu işdə daha çox mütəxəssis rəyi lazımdır ki, nədən qaynaqlandığını bilsin. Təyyarə vurulsa belə, onun bir əlaqəsi yerlədir. Yerdəkilər bilirlər ki, bu təyyarə vuruldu. Əlaqə itibsə, deməli, cihazlarda nəsə baş verib. Hər halda, qara quru tapılsaydı, müəyyən aydınlıq gətirilə bilərdi ki, son danışıqlar nədən ibarət olub”.

“49 dənə MİQ-29 təyyarəsi qeyri-döyüş şəraitində qəzaya uğrayıb”

Картинки по запросу Hərbi ekspert Azad İsazadə

Hərbi ekspert Azad İsazadə isə dedi ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MİQ-29 qırıcı təyyarəsinin necə sıradan çıxmasının səbəbini hələlik tam demək olmaz: “Amma birmənalı statistika göstərir ki, 49 dənə MİQ-29 təyyarəsi qeyri-döyüş şəraitində qəzaya uğrayıb. Bu təyyarəni vaxtilə Hindistan almışdı. 5 dənə belə qəza olandan sonra Hindistan bu təyyarədən imtina etməyə başladı. Sözsüz ki, bu təyyarənin öz üstünlükləri var. Sürət və çeviklik çox böyükdür. Amma konkret bu dəfə səbəb nə olubsa, demək çətindir. Lakin Rusiya hərbi təyyarəçiləri MİQ-29-u ÇP təyyarəsi adlandırırlar. Çünki bilinmir nə baş verə bilər. Biz bu təyyarəyə baxsaq, bu döyüş şəraitində heç vaxt taktiki istifadə olunmayıb. Söhbət Rusiyadan gedir. Azərbaycan təzə-təzə hansısa hallarda istifadə edib. Amma sözsüz ki, öyrənib gələcəkdə bu təyyarədən istifadə edib-etməməyi qərara gəlməlidir. Çünki üstünlükləri yüksək sürətdir. Çox tez sürət yığır və yüksək sürətdə çox manevr edə bilir, çevikdir”.

“Belə məlumatı ancaq dövət orqanları əldə edə bilər”

“REM vasitəsilə təyyarənin sıradan çıxdığı təsdiqlənsə də, bizimkilər bu məsələni açıqlamayacaqlar. Çünki Rusiya radioelektron qurğuları nə qədər reallıqda istifadə olunub, olunmayıb, bunu biz bilmərik. Olsaydı da, biz bilməyəcəyik, deməli, belə məlumat sızıbsa, ya təxribatdır, real məlumatdrısa, ya da kimsə bu məlumatdan istifadə edir. Belə məlumatı praktik ancaq dövət orqanları əldə edə bilər və mətbuata sızmamalıdır. Mətbuata sızıbsa, bu məlumata şübhə ilə yaxınlaşmalıyıq”,-deyə hərbi ekspert qeyd etdi.

A.İsazadə vurğuladı ki, texnki baxımdan REM vasitəsilə təyyarəni sıradan çıxarmaq mümkündür: “Necə iddia edirlər ki, Britaniya tankerini CPS sistemi ilə İranla ərazi sularına yönləndiriblər, eyni tipli də təyyarənin kursunu dəyişdirmk mümkündür”.

“Məndə olan məlumata görə təyyarə dəniz üzərindən çox az hündürlükdə uçub. Ona görə, bu təlim uçuşlarını dəniz üzərində aprırlar ki, qəflətən hansısa toqquşma olmasın. Nəsə xarab olandan sonra qəza vəziyyətindən çıxarmaq qeyri-mümkündür. Məndə olan məlumata görə, təyyarə dəniz üzərində 6-10 metr hündürülükdə ucurdu. Amma bu da sözdür. Hələ komissiya təsdiq etməyib”,-deyə ekspert əlavə etdi.

“Naviqasiya qurğuları səhv məlumat göstərməyə başlayır”

“Radioelektoron mübarizə nədir” sualına gəlincə, A. İsazadə söylədi: “Bunu birinci peşəkarlarla danışmaq lazımdır. Məndə olan anlayışa görə sadəcə hansısa naviqasiya qurğuları səhv məlumat göstərməyə başlayır. Məsələn, real 6 metrə hündürlükdə uçursan, sənin qurğuların göstərir ki, 20 metrdə uçursan. Kompası ortalıqdan çıxardır. Özü də gecə uçuşu idi. Bütün avadanlıq tərs nəyisə göstərirsə, yəqin ki, təyyarə kursunu itirir. Yuxarı, aşağı, sola, sağa, o cümlədən sürəti də itirə bilər”.

“Biz yaxın 3-4 ilə həqiqəti bilməyəcəyik”

İsazadə onu da nəzərə çatdırdı ki, bu, təxribat da, təsadüf də ola bilər: “Amma bu təxribat məlumatı kimi də istifadə oluna bilər. Heç bir halda, biz yaxın 3-4 ilə həqiqəti bilməyəcəyik. Adətən belə məlumat açıqlanmır”.

“Niyə həqiqəti bilməyəcəyik” deyə sual etdikdə A.İsazadə dedi: “Rusiya bizdən inciməsin. Halbuki, orada nəsə olubsa, biz inciməliyik”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA