AZƏRBAYCANDA KREMLƏ SİTAYİŞ EDƏN MƏMURLAR...

AZƏRBAYCANDA KREMLƏ SİTAYİŞ EDƏN MƏMURLAR...

Rusiya Fuad Abbasovun həbsi ilə Azərbaycanın maraqlarını müdafiə edən şəxslərə göz dağı verməyə çalışıb

Rusiya Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, əlinə düşən hər fürsətdə Ermənistana maddi, mənəvi və hərbi dəstək verir

Vətənini, millətini sevən, dövlətinin maraqlarını hər şeydən üstün tutan Azərbaycan vətəndaşları üçün Rusiya heç bir zaman dost ölkə ola bilməz!

Araz Əlizadə hələ də anlamır ki, məhz bu cür mənasız, məntiqsiz, həqiqətdən uzaq olan, insanların heysiyyatına toxunan açıqlamaları üzündən mərhum anası Zinyət Əlizadə ilə bağlı sosial şəbəkələrdə bir sıra xoşagəlməz ifadələr dolaşmaqdadır. ASDP sədrinin diqqətinə çatdırmaq istərdik ki, Fuad Abbasov Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşıdır. Əgər buna şübhəsi varsa, o zaman 3 saylı ASAN Xidmət Mərkəzindən maraqlana bilər...

Bu gün ölkə gündəmini zəbt edən, daha dəqiq desək, həm sadə vətəndaşlar arasında, həm mətbuatda, həm də siyasi arenada ciddi şəkildə müzakirə olunan mövzulardan biri də Rusiyada yaşayan soydaşımız Fuad Abbasovun həbsi ilə bağlıdır. Məlumat üçün bildirək ki, 2015-ci ildən Rusiya telekanallarında təşkil olunan tok-şoularda Qarabağ münaqişəsi, Türkiyə-Rusiya münasibətlərindəki gərginlik və digər məsələlər barədə çıxışları, o cümlədən Azərbaycanlı-Çeçen konflikti zamanı atdığı addımlarla geniş auditoriyanın rəğbətini qazanan azərbaycanlı jurnalist mayın 16-da Moskva vilayətinin Ximki şəhərində yaşadığı evdən çıxarkən Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Bununla bağlı verilən rəsmi informasiyada deyilir ki, Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. Onu da nəzərinizə çatdıraq ki, hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya olunmalı idi. Lakin onun vəkili Teyyub Şərifov mətbuata açıqlamasında, həmyerlimizin Rusiyadan deportasiya edilməsi ilə bağlı qərardan yuxarı instansiya məhkəməsinə şikayət verildiyi üçün onun deportasiyasının qeyri-müəyyən vaxta qədər təxirə salındığını qeyd edib.

Fuad Abbasova qarşı törədilən əməllər Rusiyanın tarix boyu Azərbaycana və azərbaycanlılara qarşı sərgilədiyi nifrətin bariz nümunəsi kimi dəyərləndirilməlidir

Картинки по запросу Fuad Abbasov

Beləliklə, ilk öncə ondan başlayaq ki, Fuad Abbasovun həbsi zamanı o, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mənəvi, həmçinin fiziki işgəncələrə məruz qalıb. Halbuki buna heç bir lüzum yox idi. Çünki soydaşımız hansısa ağır cinayətdə, məsələn, terror aktı törətməkdə, insan ölümündə və ya quldurluqda, qaçaqmalçılıqda, narkotik maddələrin satışında ittiham olunmur. Rusiya rəsmi qurumlarının məlumatına görə, o, sadəcə qanunsuz miqrant sayılır. Lakin bunun özü də hələlik qanunla tam şəkildə sübuta yetirilməyib. Odur ki, həbsi zamanı Fuad Abbasova qarşı törədilən əməllərin özü qanunazidd addım, o cümlədən Rusiyanın tarix boyu Azərbaycana və azərbaycanlılara qarşı sərgilədiyi nifrətin bariz nümunəsi kimi dəyərləndirilməlidir. Kimin nə deməsindən, necə düşünməsindən asılı olmayaraq, bu, bir faktdır ki, Kreml Fuad Abbasovun məhz bu şəkildə həbsi ilə həm Azərbaycanda, həm də ölkədən kənarda dövlətimizin, azərbaycanlıların və ümumilikdə türk dünyasının maraqlarını müdafiə edən şəxslərə göz dağı verməyə çalışıb. Ancaq rəsmi Moskvanın unutduğu bir məqam var ki, o da Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin Rusiyanın əsl simasına bələd olması və keçmişdə Kreml tərəfindən başımıza açılan müsibətləri hələ də xatırlamalarıdır. Bəli, biz bilirik ki, bu gün düşmən tapdağı altında olan dədə-baba torpaqlarımızı ermənilər öz gücləri hesabına deyil, məhz rusların yardımı ilə işğal edib. Bu həmin Rusiyadır ki, Qarabağ münaqişəsinin həlli məqsədiylə formalaşdırılan ATƏT-in Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, əlinə düşən hər fürsətdə Ermənistana maddi, mənəvi və hərbi dəstək verir, danışıqlar prosesində rəsmi İrəvanın mövqeyinin gücləndirilməsi, mövcud status-kvonun saxlanması üçün bütün təsir rıçaqlarından istifadə edir. Təbii ki, belə olan halda, Vətənini, millətini sevən, dövlətinin maraqlarını hər şeydən üstün tutan Azərbaycan vətəndaşları üçün Rusiya heç bir zaman dost ölkə ola bilməz və olmamalıdır!

Soydaşımız rusbaşlı, o cümlədən ermənipərəst diaspor yetkililərinin maraqlarına toxunduğu üçün həbs olunub

Qayıdaq, Fuad Abbasovun həbsi ilə bağlı məqama. Aydın şəkildə görünür ki, soydaşımızın həbsi heç də qanunsuz miqrasiya ilə bağlı deyil. Çünki son zamanlar o, Rusiyadakı azərbaycanlıların bəzi diaspor təşkilatlarını həmvətənlərinin maraqlarını kifayət qədər qorumadıqlarına görə tənqid edir, hətta onları ermənilərlə əməkdaşlıqda ittiham edirdi. Şübhəsiz ki, bu, rusbaşlı, o cümlədən ermənipərəst diaspor yetkililərinin maraqlarına toxunduğundan onlar müxtəlif yollara baş vuraraq jurnalistin həbsinə nail olublar. Tanınmış rusiyalı publisist və teleaparıcı Maksim Şevçenko da məhz bu qənaətdədir. Belə ki, bir neçə gün öncə radio dinləyicisinin Fuad Abbasovun həbsi və mümkün deportasiyası haqda sualına cavab verən Şevçenko birmənalı şəkildə bəyan edib ki, soydaşımızı Rusiyadan anti-türk lobbisi çıxarır: "Və bunu rus kanallarında Rusiya ilə yaxınlaşan türk siyasətini şərh edən Fuadı cəzalandırmaq üçün edirlər. Rusiyanın Türk və İslam aləmi ilə yaxınlaşmasının əleyhinə olanlar Fuadı Rusiyadan deportasiya edir. O, televiziya kanallarına Türkiyə ilə bağlı müzakirələrə dəvət edilən jurnalist olub. İndi o, olmayacaq, bu onların siyasətidir".

Qeyd edək ki, bugünlərdə ONA-nın Moskva müxbirinə müsahibə verən Fuad Abbasov da məhz bu məqama toxunaraq, ermənilərin çoxdankı arzusunun yerinə yetdiyini vurğulayıb. Belə ki, "Təəssüflər olsun ki, ermənilərin bu arzusunun yerinə yetməsini bəzi həmyerlilərimiz arasında da bayram kimi qeyd edənlər var" deyən soydaşımızın sözlərinə görə, onun barəsində səsləndirilən "milli ədavəti qızışdırma" məsələsi "Azərros" (Azərbaycan Milli Mədəni Muxtariyyəti-red.) rəhbəri Mehriban Sadıqovanın "mavi" arzularıdır: "Onu özü mənə şəxsən deyib ki, guya, Rusiyada yaşayan ermənilər və azərbaycanlıların arasını vururam, məndən Rusiyanın rəsmi orqanlarına şikayət edəcəklər. Mən də bildirmişəm ki, əgər belə bir şey edirəmsə, onda məndən qabaq bunu Babayan, Baqdasaryan edib. Bəs, onlardan niyə şikayət etmirsən? Onlar uzun müddətdir ki, bu işlə məşğuldurlar".

Katibəlikdən "AzərRos"un prezidenti kürsüsünə transfer olunan Mehriban Sadıqova və qızının erməninin qoynuna girməsinə "xeyir-dua" verən Ağadadaş Kərimovun xəyanəti...

Картинки по запросу Mehriban Sadıqova

Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, bu həmin Mehriban Sadıqovadır ki, idarəçilik və diapor quruculuğu təcrübəsi olmadığı halda göstərdiyi müəyyən "xidmətlər" sayəsində Söyün Sadıqovun katibəsi vəzifəsindən "AzərRos"un prezidenti postuna yüksəlib. Hələ bu, harasıdır. Müsahibələrinin birində "Bizim ermənilərlə heç bir problemimiz yoxdur. Rusiyada yaşayan ermənilər bizim dostlarımızdır" deyən Mehriban Sadıqova hətta ermənilərlə qohumluq əlaqələri də qurmağın vacibliyini vurğulayıb. Onu da bildirmək lazımdır ki, bu ilin mart ayının 12-də "AzərRos"un təşkilatçılığı ilə Rusiyanın paytaxtında yerləşən "Moskva Millətlər Evi"ndə "Millətçiliyin və ektremizmin - Rusiya Federasiyasının dövlət və milli təhlükəsizliyinə təhlükə" mövzusunda keçirilən dəyirmi masada çıxış edən Mehriban Sadıqova, o cümlədən arvadı erməni olan, qızını isə erməni biznesmenə ərə verən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov Fuad Abbasovla yanaşı, Azərbaycanın rəsmi şəxslərinin də ünvanına xoşagəlməz ifadələr səsləndirib. Onlar bildiriblər ki, Fuad Abbasovun arxasında Azərbaycan rəsmiləri, Diasporla İş üzrə Dövlət Komitəsi və ölkəmizin Rusiyadakı səfirliyi dayanır. Ermənistanın fəal müdafiəçisi rolunda çıxış edən Kremlə və birbaşa ermənilərə yarınmağa çalışan, məhz şəxsi maraqları naminə onlara yaltaqlanan bu şəxslərin fikrincə, Qarabağ mövzusunda danışanları Rusiyadan deportasiya etmək lazımdır. Bu isə Vətəninə xəyanətdən başqa bir şey deyil!

Damarında erməni qanı axan, bu murdar millətlə qohumluq əlaqəsinə malik olan və onları dəstəkləyən hər kəs Azərbaycan dövləti üçün real təhlükə mənbəyidir

Картинки по запросу Ağadadaş Kərimov

Gördüyünüz kimi, göstərdiyi "xidmətlər" müqabilində katibə "kreslo"sundan "AzərRos"un prezidenti kürsüsünə transfer olunan Mehriban Sadıqova, həmçinin arvadı erməni olan və qızının erməninin qoynuna girməsinə "xeyir-dua" verən Ağadadaş Kərimov açıq-aşkar şəkildə ermənipərəst mövqe sərgiləyirlər. Onlar unudurlar ki, ermənilər hər zaman azərbaycanlıların və bütün türk dünyasının düşməni olub. Onların arasında haqqın, ədalətin nə olduğunu dərk edən bir nəfər belə yoxdur. Çünki valideynləri yan oğlu yanları ("yan" kəlməsi burda bədən üzvü kimi qəbul edilməlidir) türklərə düşmən ruhunda tərbiyə ediblər və bu gün də etməkdədirlər. Tarixə nəzər salsanız görərsiniz ki, erməni dığaları 1905, 1918-ci illərdə və nəhayət, birinci Qarabağ savaşında Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşilik ediblər. Onlar minlərlə soydaşımızı xüsusi amansızlıqla qətlə yetirib, evləri qarət edib, tarixi abidələrimizi məhv ediblər. Erməni terrorçuları dinc əhaliyə qarşı elə vəhşiliklər tətbiq ediblər ki, bu gün həmin tarixi faciələr barədə söhbət açanda adam əsəbdən özünə yer tapa bilmir. Erməni vəhşiləri qocalara, qadınlara, uşaqlara olmazın işgəncələr veriblər. Məhz elə bu səbəbdən də bu gün millət olaraq bizim bir şüarımız olmalıdır: Ya Qarabağ, ya ölüm! Çünki torpaq namusdur. Onu qorumaq, uğrunda can almaq və can vermək hər birimizin ən ündə borcudur. Odur ki, harada yaşamasından, hansı vəzifədə təmsil olunmasından asılı olmayaraq, damarında erməni qanı axan, bu murdar millətlə qohumluq əlaqəsinə malik olan və onları dəstəkləyən hər kəs Azərbaycan dövləti üçün real təhlükə mənbəyidir.

Araz Əlizadənin deputat mandatı əlindən alınmalıdır!

Картинки по запросу araz əlizadə

Bu arada, məsələnin ən üzücü tərəfi isə ondadır ki, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə də bugünlərdə yenicag.az-a verdiyi müsahibəsində jurnalist Fuad Abbasovla bağlı yersiz və həqiqətə uyğun olmayan ifadələr işlədib. Belə ki, Fuad Abbasovun Azərbaycana heç bir dəxlinin olmadığını, onun Türkiyə vətəndaşı olduğunu iddia edən ASDP sədri jurnalistin ölkəmizə deportasiya olunacağı təqdirdə, bunun Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun xidməti olacağını qeyd edərək, səfirlə bağlı bəzi iddialar səsləndirib: "Yəqin ki bu, Poladın xidmətidir. Onu Rusiya telekanallarının tok-şoularına bizim səfirimiz Polad soxmuşdu... Rusiya televiziyaları Polada müraciət etmişdilər ki, bizim verilişlərdə erməni politoloqlar çox olsa da, azərbaycanlılar yoxdur. Xahiş edirik ki, azərbaycanlı politoloqları bizə təqdim edəsiz. Polad Bülbüloğlu isə onlara belə təqdimat vermişdi ki, rusdilli Azərbaycan politoloqları yoxdur, amma Türkiyə vətəndaşı olan Azərbaycan əsilli politoloq var. Onu göndərmişdi... Olmazdı ki, Türkiyə vətəndaşı Fuad Abbasova verilən pulları versinlər bizim rusdilli politoloqlara və o verilişlərə göndərsinlər? Rusiyalı deputatlar Milli Məclisdə olanda mən Kalaşnikovdan soruşdum ki, niyə sizin tok-şoularda azərbaycanlı politoloqlar yoxdur? O da cavab verdi ki, səfiriniz bizə rəsmi cavabında rusdilli Azərbaycan politoloqlarının olmadığını bildirib". Qeyd edək ki, Fuad Abbasovun Rusiyada yayımlanan tok-şoularda onun müdaxiləsi və iştirakı ilə bağlı mətbuatda yayılan fikirlərə kəskin reaksiya verən Polad Bülbüloğlu isə öz növbəsində, "Mən heç kimi harasa soxmuram. Amma nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm", deyə deputata layiq olduğu tərzdə cavab verib. Eyni zamanda, Araz Əlizadənin 90-cı illərdən sonra siyasi səhnədən silindiyini vurğulayan səfir ASDP sədrinin daha bir yalanını ifşa edib: "Araz Əlizadə deyir ki, Fuad Abbasov Azərbaycan vətəndaşı deyil. O, yalan danışır. Azərbaycan səfirliyində onun Azərbaycan vətəndaşlığı pasportu var və biz də Azərbaycan vətəndaşlarının problemləri ilə məşğul olmalıyıq. Deputat olan bir şəxs belə savadsız fikirlər söyləməz. Guya rusiyalı deputat Kalaşnikov ona deyib ki, səfirə müraciət etmişik ki, bizə tok-şoular üçün politoloq versin. Ancaq səfir deyib ki, belə adamlar yoxdur. Deputat olan kəs bilməlidir ki, səfir bütün yazışmaları və təklifi ancaq Xarici İşlər Nazirliyinin xətti ilə aparır".

Görünür, Araz Əlizadə hələ də anlamır ki, məhz bu cür mənasız, məntiqsiz, həqiqətdən uzaq olan, insanların heysiyyatına toxunan açıqlamaları üzündən mərhum anası Zinyət Əlizadə ilə bağlı sosial şəbəkələrdə bir sıra xoşagəlməz ifadələr dolaşmaqdadır. ASDP sədrinin diqqətinə çatdırmaq istərdik ki, Fuad Abbasov Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşıdır. Əgər buna şübhəsi varsa, o zaman 3 saylı ASAN Xidmət Mərkəzindən maraqlana bilər. Belə ki, tanınmış hüquqşünas Səməd Vəkilov bu barədə mübahisələrə son qoymaq məqsədiylə bugünlərdə Fuad Abbasovun şəxsiyyət vəsiqəsinin surətini təqdim edib. Hüquqşünas qeyd edib ki, jurnalist 2014-cü ildə 3 saylı ASAN Xidmət Mərkəzində Azərbaycan Respublikası vətəndaşı kimi şəxsiyyət vəsiqəsi əldə edib və həmin vəsiqə 2026-cı ilədək qüvvədədir. Məhz bu fakt onu deməyə əsas verir ki, Araz Əlizadə ənənəvi ampluasından çıxış edərək, bu dəfə də Fuad Abbasovun həbsi kimi önəmli bir məsələyə qərəzli yanaşıb. Adam iddia edir ki, Azərbaycan hökuməti onu müdafiə etməməlidir. Axı, niyə?! Hüquqşünas Səməd Vəkilovun təqdim etdiyi sənəd bir daha onu təsdiqləyir ki, adıçəkilən jurnalist Araz Əlizadə ilə eyni hüquqlu Azərbaycan vətəndaşıdır. Deməli, hökumət onu müdafiə etməyə borcludur. Hətta Azərbaycanın Xarici İşlər Nazirliyi konkret bu fakta görə Rusiya XİN-ə nota verməlidir. Belə görünür ki, Araz Əlizadə deputat olmasına baxmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasından məlumatsızdır. Əgər belə olmasaydı, o zaman Zinyət Əlizadənin övladı bilməliydi ki, Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 53-cü maddədə isə deyilir ki, Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Əgər ASDP sədrinin həqiqətən də bundan xəbəri yoxdursa, o zaman onun deputat mandatı əlindən alınmalıdır! Çünki qanundan bixəbər birinin dövlətin qanunverici orqanında təmsil olunmasının ölkəmizə heç bir daydası yoxdur!

Valeh TÜRKSOY, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA