AzTV-də mətbuat xidməti ləğv edildi – Yeni şöbə yaradıldı

  • 2019-03-11 16:12:26
  • |
  • Ölkə /

AzTV-də mətbuat xidməti ləğv edildi – Yeni şöbə yaradıldı

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları davam edir.

Daha bir dəyişikliklə Xatirə Qasım AzTV-nin mətbuat katibi vəzifəsindən azad edilib. X.Qasım dəyişikliyi Modern.az-a təsdiqləyərək, yeni vəzifəyə keçirildiyini bildirib: “Televiziya və Radio Akademiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin olunmuşam”.

X.Qasım qeyd edib ki, onun daha əvvəl vəzifə tutduğu strukturda da dəyişiklik edilib: “AzTV-də Mətbuat xidməti ləğv edilib, əvəzində Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb”. AzTV-dən Modern.az-a verilən məlumata görə, hələlik Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə yeni təyinat olmayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA