AzTV-nin Maliyyə idarəsinin sabiq rəisi: “Öz ərizəmlə çıxmışam”

AzTV-nin Maliyyə idarəsinin sabiq rəisi: “Öz ərizəmlə çıxmışam”

AzTV-dən öz ərizəmlə çıxmışam. Kimsə məni işimdən çıxarmayıb. Alışanovun dövründə deyil, bir neçə gün bundan qabaq ərizə yazmışam.

Hurriyyet.org xəbər verir ki, bunu modern.az-a açıqlamasında AzTV-nin Maliyyə idarəsinin sabiq rəisi Şahrza Əliyev deyib.

Ş.Əliyev bildirib ki, onun fəaliyyətiylə bağlı audit yoxlamalarının aparıldığı barədə xəbərlər doğru deyil: "Bircə onu deyə bilərəm ki, heç bir audit yoxlamaları aparılmır".

Şahrza Əliyev gələcək fəaliyyətindən də söz açıb: "Bir müddət təhsil sahəsində çalışmışam. Təbii ki, bizə ehtiyac olacağı təqdirdə yenidən təhsil sahəsinə qayıtmağımız mümkün ola bilər. İxtisasca iqtisadçıyam. Harada olsa, özümə iş tapmaq gücünə malikəm. O qədər özəl şirkətlər var ki!.. İqtisadçılara həmişə ehtiyac var. Ona görə də işdən çıxmağımla bağlı heç bir problem yoxdur".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA