BƏƏ-nin kosmosa uçan ilk astronavtının adı açıqlandı

  • 2019-04-13 10:27:54
  • |
  • Dünya /

BƏƏ-nin kosmosa uçan ilk astronavtının adı açıqlandı

Birləşmiş Ərəb Əmirliklərinin Məhəmməd bin Rəşid Əl Maktum adına Kosmik mərkəzi ölkənin kosmosa uçacaq ilk kosmonavtının adını açıqlayıb.

Hurriyyet.org Azərtac-a istinadən xəbər verir ki, BƏƏ-nin ilk astronavtı Hazaa əl-Mansuri olacaq. Əmirliyin ilk astronavtının Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuşu sentyabrın 25-ə təyın edilib. O, BKS-ə Rusiyanın “Soyuz” gəmisində yola düşəcək və orada iki həftə qalandan sonra həmin gəminin ekipajı ilə birlikdə geriyə dönəcək.

BƏƏ-nin Kosmik Mərkəzinin açıqlamasında bildirilir ki, BKS-ə uçuş üçün əsas astronavt kimi Hazaa əl-Mansuri seçilib, Sultan ən-Niyadi isə dublyor qismində seçilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA