BƏƏ-yə ilk dəfə səfər etmiş Roma papası Fransisk: “Yəmənli uşaqların fəryadı tanrıya çatacaq”

  • 2019-02-04 14:28:16
  • |
  • Dünya /

BƏƏ-yə ilk dəfə səfər etmiş Roma papası Fransisk: “Yəmənli uşaqların fəryadı tanrıya çatacaq”

Hurriyyet.org xəbər verir ki, katoliklərin ruhani lideri və Vatikanın başçısı papa Fransisk Əbu Dabinin vəliəhd şahzadəsinin dəvəti ilə ilk dəfə körfəz ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Əbu Dabidə keçirilən dinlərarası dialoq mövzusunda konfransda iştirak etməyə hazırlaşan papa səfərdən əvvəl “Tvitter”də Yəmənlə bağlı status paylaşaraq yazıb: “Yəmənli uşaqların fəryadı Tanrıya çatacaq, müharibəni dayandırmalıyıq”.

Üçgünlük səfərə gələn papa Fransiski BƏƏ-nin vəliəhd şahzadəsi şeyx Məhəmməd ibn Zayed Əl Nahyan qarşılayıb.

Papa Fransisk bu səfərlə körfəz bölgəsinə səfər edən ilk papa olub. Papanı BƏƏ-yə vəliəhd Əl Nahyanla yanaşı, BƏƏ-nin Katolik Kilsəsi də dəvət edib.

Papa səfərdən əvvəlki “Tvitter” paylaşmasında yazıb: “Qardaş kimi gördüyüm Birləşmiş Ərəb Əmirliklərinə gedirəm. Birlikdə dialoq səhifəsini yazmağımız, sülh yolunda birlikdə irəliləməyimiz üçün...”

Yəməndə müharibəni dayandırmağın zəruri olduğunu vurğulayaraq aclıqdan əziyyət çəkən milyonlarla insana yardım çatdırılmasının lazım olduğunu xatırladaraq deyib: “Bu uşaqların, ana və ataların fəryadları Tanrıya çatır. Hər kəsi ölümün astanasında olan qardaşlarımız üçün dua eləməyə dəvət edirəm”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA