“Babacanın yeni partiyasının Huzur adlanacağı gözlənilir” - POLİTOLOQ

“Babacanın yeni partiyasının Huzur adlanacağı gözlənilir” - POLİTOLOQ

“Türkiyədə milliyətçilik trendi genişlənir”

“Türkiyədə payız aylarında Ali Babacanın yeni partiyanı rəsmən elan edəcəyi qeyd edilir. Babacan bu yaxınlarda AKP sıralarını tərk edib. Türkiyənin keçmiş iqtisadiyyat naziri olan Qərb yönümlü kursun tərafdarı Babacanın sağ cəbhədə yeni partiya yaratması mövzusu bütün Türkiyənin hazırda diqqət mərkəzindədir”. Hurriyyet.org xəbər verir ki, bu barədə politoloq Kamran Sultanlı şərh edib.

“Azərbaycanın Qərb qapısının ciddi təhdid altında qalması olduqca təhlükəlidir” - POLİTOLOQ

“Abdullah Gül partiyaya üzv olmasa da, qıraqdan partiyaya dəstəyini verəcək”

Sultanlı qeyd edib ki, Babacanın yeni partiyasının Huzur adlanacağı və AKP-nin keçmiş missionerlərinin və partiyadan inciyən bir çox şəxsin partiyaya qoşula biləcəyi gözlənilir: “Partiyada həmçinin Suat Kılıç, Haşim Tacı iştirak edəcəyi qeyd edilir. Abdullah Gül partiyaya üzv olmasa da, qıraqdan partiyaya dəstəyini verəcək. Artıq Erdoğan yeni yaradılacaq partiya ilə bağlı çıxış edərək AKP-yə qarşı xəyanət olaraq dəyərləndirib və partiyasının yenə də Türk siyasi establişmentində hakim qala biləcəyini vurğulayıb”.

“Ölkənin Suriya siyasətində Davudoğlunun da rolu var

“Yeni yaradılacaq partiya ilə bağlı artıq ilk sorğu keçirilib və sorğuda iştirak edənlərin 8%-i fikirləşmədən yeni partiyaya səs verəcəklərini qeyd edirlər. Yeni yaradılan partiyada iştirakı gözlənilən ölkənin keçmiş XİN rəhbəri və Baş naziri Əhməd Davudoğlu hələlik dəqiq qərar verdiyi bəlli deyil. Davudoğlu AKP-ni tənqiddən çox, onu islahatlara dəvət etdiyi görsənir. O da vurğulanmalıdır ki, ölkənin Suriya siyasətində Davudoğlunun da rolu var. Həmçinin Erdoğan, Gül və Davudoğlu tandeminə qarşı müəyyən həmlələr edəcək. Bu iki fiqur AKP-nin bir-çox qərarlarında birbaşa iştirak ediblər. Bu baxımdan, bu iki şəxsin yeni siyasi hərakatda iştirakının Babacan üçün nə qədər uğurlu ola biləcəyini demək çətindir”,-deyə politoloq əlavə edib.

“Türkiyə siyasətində Erdoğanın hələ nüfuzu var”

K. Sultanlının fikrincə, hazırda 53%-lik psixoloji tupikdə olan və AKP-nin ideoloji dəstəkçiləri sayılan çevrədə son bələdiyyə seçkilərindən sonra müəyyən aşınmalar olsa da, Türkiyə siyasətində Erdoğanın hələ nüfuzu var: “Üstəlik Erdoğan hazırda bütün dünyanı qarşısına almaqla, bunu daxildə beka sorunu kimi göstərərək daxildəki ideoloji toplumu öz arxasında konsolidasiya etməyə çalışır. Bu baxımdan, zənnimcə, indi ABŞ-ın tətbiq edəcəyi sanksiyalar Türkiyə liderinə sərfəlidir. Həmçinin Erdoğanın Trampla son Osaka görüşündən sonra biraz rahat olduğu sezilir. Hələlik Tramp sərt sanksiyaları Türkiyəyə tətbiq etməyə tələsmir. Əgər sanksiyalar sərt olarsa, dolayısı yolla bu kövrək olan Türkiyə iqtisadiyyatına təsir edəcək və Türkiyədə müxalif qüvvələr bundan istifadə edə bilərlər. Babacan da Türkiyə iqtisadiyyatını düzəldəcəyini vəd edir”.

“İmamoğlu fenomeni CHP-nin növbəti seçkilərdə əsas ümidi olacaq”

K. Sultanlı hesab edir ki, son bələdiyyə seçkilərindən sonra Mərkəz Solun əsas partiyası olan CHP öz mövqeyini daha da gücləndirdi: “Üstəlik CHP kürdlərdən də, milliyətci camiədən də səs ala bildi. CHP-nin hazırda İncə, Yavaş və İmamoğlu kimi ciddi üç namizədi var. Xüsusilə ənənəvi sol elektoratına uyğun olmayan sağ kəsimdən səs qopara biləcək potensialında olan İmamoğlu fenomeni CHP-nin növbəti seçkilərdə əsas ümidi olacaq. Ölkənin ana müxalifəti siyasi establişmentin zirvəsinə çıxmaq üçün İmamoğlu üzərində dayanması çox güclü ehtimaldır. AKP-dən başqa partiyalara gedə biləcək elektorat sağ camiədə son bələdiyə seçkilərində CHP-yə qatılan İYİ və ya MHP-yə gedə bilər. Ümumiyyətlə, Bahçelinin MHP-dən gedişindən sonra İYİ yenidən MHP-yə qoşula və Akşiner bu partiyanın lideri ola bilər. Hələlik isə Bahçeli dövləti əldən buraxmamaqla özünün gücünü qorumağa çalışır. Çünki Erdoğanın hakimiyyət qurması üçün MHP bloklayıcı gücdür. Bütün bu faktorlar sağ kəsimdə Babacanın nə qədər uğurlu ola biləcəyini birmənali deməyə imkan vermir. Üstəlik Türkiyədə milliyətçilik trendi genişlənir. CHP bu trendə İmamoğlu ilə qoşulacağı gözləniləndir. Solun əsas gücü artıq sağa xitab etməyə ciddi fiquru var. Milliyətçi camiədə isə Sinan Oğan kimi fiqurlar Türkiyə siyasətində milliyətçi trendi təmsil edə bilər. Babacanın məhz Erdoğanın 2002-ci ildə izlədiyi siyasəti izləyəcəyi çox gözlənilir. Mühafizəkar demokrat və Qərbyönümlü kurs Babacanın Huzurunun əsas qayələri olacağı gözlənilir. Babacan ola bilər AKP-yə uzun müddət səs verən dindar kürdlərin bir qismini də öz ətrafına cəlb etsin. AKP-nin son dövrlər sərt mühafizəkar siyasətindən sonra onların çoxu AKP-yə səs vermir. Lakin Kürdlərin səsi uğrunda ölkənin ana müxalifəti olan CHP-də əsas və olduqca ciddi rəqibdir”.

“Qərb yeni yaradılan partiyanın güclənməsinə maraqlı olacaq”

Politoloq fikrincə, yeni yaradılacaq partiyada Qərbin mövqeyi isə Erdoğanın mövqelərinin zəifləməsi olacaq: “Qərb yeni yaradılan partiyanın güclənməsinə maraqlı olacaq. Lakin yeni yaradılacaq partiyanın nə qədər uğurlu olacağını zaman göstərəcək”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA