Bakı-Şamaxı yolunda qəza - "Toyota" iki yerə bölündü - VİDEO

Bakı-Şamaxı yolunda qəza - "Toyota" iki yerə bölündü - VİDEO

Bakı-Şamaxı yolunda ağır qəza baş verib.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 17:00 radələrində Qobustan rayonunun Qobustan (keçmiş Mərəzə) qəsəbəsinin ərazisinə düşən yolda baş verib.

Rayondan Bakıya gələn "Toyota Pickup" markalı avtomobil yolda beton arakəsməyə çırpılıb. Zərbənin gücündən avtomobil iki yerə bölünüb. Hadisə nəticəsində sürücü başından xəsarətlər alıb, qəza yerinə gələn təcili tibbi yardım ona ilkin tibbi yardım göstərib.

İlkin ehtimallara görə, hadisəyə səbəb yolun buz bağlaması olub, araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA