Bakı metrosunda intihara cəhd - Sevdiyi oğlana görə

  • 2019-06-14 11:43:26
  • |
  • Ölkə /

Bakı metrosunda intihara cəhd - Sevdiyi oğlana görə

Dünən axşam saatlarında “Bakı Metropoliteni”nin “Elmlər Akademiyası” stansiyasında intihara cəhd hadisəsi qeydə alınıb.

Hurriyyet.org bildirir ki, hüquq-mühafizə orqanlarından oxu.az-a verilən məlumata görə, dünən 17:35 radələrində Biləsuvar rayon sakini, 2001-ci il təvəllüdlü N.M. intihar məqsədilə özünü qatarın altına atmaq istəyib.

Stansiyada xidmət aparan polis əməkdaşları tərəfindən intihara cəhdinin qarşısını alınıb.

Aparılan araşdırmalar zamanı N.M.-nın sevdiyi oğlanla mübahisə etdikdən sonra bu addımı atmaq istədiyi müəyyənləşib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA