Bakı metrosunun havasızlıq problemi: ÖLÜM RİSKİ NƏ QƏDƏRDİR?

Bakı metrosunun havasızlıq problemi: ÖLÜM RİSKİ NƏ QƏDƏRDİR?

Nəsimi Paşayev: “Ventilyatorlarla yalnız tunellərin havasını dəyişdirə bilirik”; İlqar Hüseynov: “Necə ola bilər ki, vaqonlar işıqlandırıla bilir, ancaq kondisioner quraşdırmaq mümkün deyil?”

Martın 15-də Bakı metrosunda ölüm faktı qeydə alınıb. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, hadisə metronun “28 May” stansiyasında baş verib. O bildirib ki, 1953-cü il təvəllüdlü Bakı şəhər sakini Mərdanov Vasif Şamil oğlu 28 may stansiyasına çatanda özünü pis hiss edib və qatardan düşüb. Dərhal ilkin müdaxilə edilib, təcili tibbi yardım çağırılıb. Lakin həkimlər gələnə kimi həmin şəxs keçinib.

Bakı metrosunda havasızlığın olması tez-tez ictimailəşdirilir. Lakin hələ də illərdir ki, bu problemə çarə tapılmır. Xüsusilə də pik saatlarda metro qatarlarında nəfəs almaq çətinləşir. Məsələ ilə bağlı Nəsimi Paşayev “Yeni Müsavat”a bildirdi ki, havalandırma sistemi ilə bağlı texniki baxımdan hər hansı problem yoxdur:

“Avadanlıqlarımızın istismar müddəti bitməyib. Havalandırma sistemində əvvəldən qurulan və son illər bizim aldığımız avadanlıqlar da var. Bu yeni avadanlıqlar həm güc, həm də enerji sərfiyyatı baxımından daha səmərəlidir. Təbii ki, bu sözlərimizə sərnişinlərin etirazının olması mümkündür. Deyə bilərlər ki, bizim havamız çatmır. Ancaq stansiyalarımızda havalandırma ilə bağlı problem yoxdur. Əsas problemimiz pik saatlarda, sərnişinlərin həddindən artıq çox olduğu ərəfədə olur.

Nəsimi Paşayev ile ilgili görsel sonucu

Qatarlarımızda havalandırma sistemi mövcud deyil. Ventilyatorlar vasitəsilə yalnız tunellərin havasını dəyişdirə bilirik. Qatarlara isə hava açıq pəncərədən daxil olur. Bir şeyi əminliklə deyə bilərəm ki, bizim son zamanlar aldığımız və havanın temperaturunu, küləyin istiqamətini, digər bu kimi texniki göstəriciləri ölçən cihazlarımız var. Onlara əsasən deyə bilərəm ki, bizdə insanların həyatına təhlükə yarada biləcək hava ilə bağlı problem yoxdur”.

Nəqliyyat üzrə ekspert İlqar Hüseynov isə söylədi ki, Bakı metrosunda hava ilə bağlı kifayət qədər problem var: “5-6 altı ölkənin metro nəqliyyat sistemi ilə maraqlanıb, onlardan istifadə etmişəm. Ona görə deyə bilərəm ki, bu məsələ Azərbaycanda öz həllini tapmayıb. Düzgün ventilyasiya sistemlərinin qurulması burada çox önəmli əhəmiyyətə malikdir. Qatarların və stansiyaların ventilyasiya sisteminin normal konstruksiya əsasında qurulmaması Bakının metro sistemində bu problemin dərinləşməsinə zəmin yaradır. Məlumdur ki, Bakıda metro sovet dönəmində tikilib. İndi də Bakı metrosunda müasir dövrlə ayaqlaşmayan sistemlər qalmaqdadır. Düzdür, metro stansiyalarında müəyyən rekonstruksiya işləri aparılıb. Ancaq insan faktoru üçün əsas vacib olan ventilyasiya sisteminin yerləşməsi işi görülməyib. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən də xəttə olan çox az vaqonlar yeniləri ilə əvəzlənib. Əslində dəyişdirilən qatarlar da Avropa standartlarına uyğun deyil. Yenə Rusiya, Ukrayna istehsalı olan qatarlar alınıb. Onların da heç birində müasir ventilyasiya sistemi yoxdur. Buna baxmayaraq metroda baş verən ölüm hadisələrini birbaşa metro nəqliyyatından istifadə zamanı havasızlıqla əlaqəndirmək olmaz. Nəzərə alaq ki, insanlarda ürək, qan-damar xəstəlikləri artıb. Buna görə də düşünülməlidir ki, metrodan istifadə edən insanların arasında bu cür xəstələr ola bilər. Bu mənada biz maksimum çalışmalıyıq ki, orada insan faktorunu önə çəkək və yeniləmələr edək. Bakı metrosunda insanlar yayda istidən, qışda isə soyuqdan əziyyət çəkirlər”.

Nəqliyyat üzrə ekspert İlqar Hüseynov ile ilgili görsel sonucu

Ekspertə görə, qatarlar arasında intervalın böyük olması da problemlərin yaranması üçün zəmin yaradır: “Biz vaqonların sayını nə qədər çoxaltsaq və intensivliyi təmin edərsək, bir o qədər insan sıxlığının qarşısını almış olarıq. Ürək qüsuru olan insanlar bəzən ventilyasiya sisteminin olmaması ilə yanaşı, həm də vətəndaşların sıxlığından tənəffüs çatışmazlığı ilə üzləşirlər. Ona görə də sərnişinlərin sürətli daşınmasına təminat yaratmaq üçün vaqonların sayını artırmalıyıq. Deyirlər ki, qatarlara kondisioner qoymaq mümkün deyil, çünki istehsal zamanı bu, nəzərdə tutulmayıb. Niyə mümkün deyil? Orada hava axınını təmin etmək mümkündür. Eyni zamanda dünya praktikasında komfortlu vaqonlar var ki, onları da almaq olar. Necə olur ki, dəmiryolu sistemində kondisionerli qatarlar var, metroda mümkün deyil? Bakı-Ağstafa qatarları hərəkət edən zaman yayda kondisioner sistemi, qışda da istilik sistemi işləyir. Deyim ki, bu qatarlarda soyutma sistemi çox gözəl qurulub. Metroda da vaqonlar dəmiryolu ilə demək olar ki, analoji vaqonlardır. Deməli, orada da kondisionerin qurulmasında problem olmalı deyil. Necə ola bilər ki, vaqonlar işıqlandırıla bilir, ancaq kondisioner quraşdırmaq mümkün deyil. Bu - bəhanədir. Dünyanın hər yerində yay vaxtı metrolarda içəri çox gözəl şəkildə soyudulur. Sadəcə olaraq metronun inkişaf etdirilməsi üçün əldə olunan dövlət vəsaitlərini və digər gəlirləri düzgün yönəltmək lazımdır”./musavat.com/

Loading...

QALEREYA