BAKI VƏ TİFLİSİN ARASINA QOYULMUŞ “TARİXİ MİNA”: rus eksperti “azərbaycanlılar gürcülərə güzəşt etməyəcəklər” deyir

BAKI VƏ TİFLİSİN ARASINA QOYULMUŞ “TARİXİ MİNA”: rus eksperti “azərbaycanlılar gürcülərə güzəşt etməyəcəklər” deyir

Stanislav Tarasov

regnum.ru, 03.04.2019

Gürcüstan XİN məlumat verib ki, Tiflis və Bakı arasında sərhədlərin delimitasiya/demarkasiyasını başa çatdırmalı olan komissiyanın tərkibinin yenilənməsi prosesi başlanıb. Bu, azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlarda sərhəd məsələsini qaldırmış Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana bu yaxındakı səfərinin nəticəsidir. İki qonşu respublika arasında 1995-ci ildən iş aparılır. Yalnız 66% uzlaşdırılıb, mübahisəli sayılan qalan seqmentlərə gəlincə, onların taleyi hələlik aydınlaşmayıb.

Təəccüblü deyil ki, “tarixi çibanlar” bu durumda çıxmağa başlayıb. Deməli, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin başçısı Qərib Məmmədov 2011-in sonunda durumu sıradakı kimi səciyyələndirib: “Gürcüstana sənəd təqdim edərkən qarşı tərəf başqa sənəd təqdim edir. Əlbəttə, bunun təhlili üçün vaxt tələb olunur”.

Bununla yanaşı, həm Cənubi Qafqazın tarixi yaddaşı, həm də nisbətən yaxın keçmişin hadisələri gün işığına çxır. Söhbət “yeni doğulmuş” müstəqil Gürcüstan və Azərbaycanın 1918-1920-ci illərdə bir-birinə qarşı irəli sürdüyü ərazi iddiaları haqdadır. O zaman Bakı və Tiflis arasında müsəlmanların məskunlaşdığı ərazilərin mənsubluğu haqda, özəlliklə Zaqatala mahalı, Siqnah qəzası, Qarayazı çölü, Borçalı, Axaltsıx qəzasına görə mübahisələr meydana çıxıb. ÜKP MK (Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsi-red.) Cənubi Qafqaz Bürosunun artıq o zaman sovetləşmiş Bakı və Tiflis arasındakı ərazilərin sərhəd bölgüsü üzrə dolaşıq qərarı da var. Lakin uzun müddət hesab olunub ki, ərazi mübahisələri tənzimlənib. Amma SSRİ dağıldıqdan sonra hər şey yenidən üzə çıxıb. Özü də son dərəcə özünəməxsus tərzdə. Milli tarixşünaslığın hazırladığı arqumentlər işə düşüb. Burada “tarixi ədalət” haqda bir-birinə uyğun gəlməyən özəl təsəvvürlər var. Bizsə kimin daha çox, kimin daha az haqlı olduğunu dartışrmaq və aydınlaşdırmaq niyyətində deyilik. Ancaq faktları qeydə alırıq. Hər şeydən qabaq, Davaid Qareci (azərbaycanca “Keşikçi”) məbəd kompleksinin mənsubluğu haqda məsələ.

O, Tiflisdən 80 km-likdə Gürcüstan və Azərbaycan sərhədində yerləşir. Kompleksin bir bölümü Azərbaycan ərazisindədir. Gürcü tarixçiləri hesab edirlər ki, monastır VI yüzillikdə müqəddəs David Qareci tərəfindən bina edilib. Onu Gürcüstanın milli müqəddəs yeri adlandırırlar. Orada fəaliyyətdə olan ibadət evlərində VII-XIV yüzilliklərin nadir divar naxışları saxlanır. Gürcü çariçası Tamara və Qurucu David çarın yeganə təsvirləri bu sıradadır. Hətta monastır kompleksi Gürcüstan pravoslav kilsəsinin fəaliyyətdə olan lavrasıdır (böyük monastır-red.). Amma Azərbaycan tərəfinin versiyasına görə, monastır kompleksi Albaniya qaynaqlıdır (Qafqaz Aalabaniyası e.ə. I yüzillikdə Şərqi-cənubi Qafqazda meydana çıxan qədim dövlət idi, çağdaş Azərbaycan, Gürcüstan, Dağıstan ərazilərinin bir hissəsini tutub).

Monastırın Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşən hissəsi

Özünü Qafqaz Albaniyasının tarixi varisi elan edən Bakı, monastırı özününkü sayır. Düzdür, Bakı və Tiflis arasında yaranmış strateji tərəfdaşlıq nəzərə alınsa, bu haqda diskussiyalar kəskin xarakter almır. Amma David Qareci kompleksi problemi indiyədək həll olunmayıb. Gürcüstan prezidenti Mixail Saakaşvili monastır ərazisinin Gürcüstana verilməsi haqda guya kiçik Əliyevlə bir vaxtlar anlaşma əldə edib. Sonra ərazi mübadiləsi haqda söhbətlər gedib. Amma Azərbaycan tərəfi hamısını bağlayıb. Səbəb budur ki, Azərbaycan ərazisində yerləşən ən qədim xristian məbəd və monastırları, yuxarıda dediyimiz kimi, Albaniya qaynaqlıdır və bu o cümlədən Dağlıq Qarabağa aiddir. Tiflisə güzəştə getmək Azərbaycan alimlərinin çoxillik bəhrəsini tam cızmaq, Stepanakertə (Xankəndi-red.) ciddi güzəşt deməkdir. Bakıda hesab edildiyi kimi, gürcülərə güzəşt Qarecinin Albaniya mədəniyyətinə aid olmadığını deməkdə ermənilərə arqument verər, onda Qarabağ ərazisində yerləşən abidələr də Albaniyanınkı deyil.

Qareci gürcülərin, Qarabağ ermənilərindir, Azərbaycan Qafqaz Albaniyası xristian mədəniyyətinin varisi deyil… Burada uzağa getmək olar. Azərbaycanlılar bu məsələdə buna görə də, çətin ki, gürcülərə güzəşt edələr. Bax, Bakı və Tiflis arasında sərhəd mübahisələri bu üzdən dalana girib və güman etmirəm ki, görünən gələcəkdə buradan çıxmaq mümkün olsun…

Bura, doğrudan da, müəyyən şərait və durumda partlaya biləcək “tarixi mina” qoyulub. O zaman isə bölgədə yetərindən də çox olan skeletlər Cənubi Qafqazın dolablarından töküləcək.

Tərcümə Strateq.az-ındır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA