Bakıda 18 yaşlı gənc küçədə qarət olundu

Bakıda 18 yaşlı gənc küçədə qarət olundu

Bakıda yeniyetmə oğlan qarət olunub.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 134 saylı ünvanın qarşısında baş verib.

Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Azadəliyev Murad Elxan oğlu tanışı Azər adlı şəxs tərəfindən təzyiqlərə məruz qalıb. Həmin şəxs M.Azadəliyevə hədə-qorxu gələrək onun "Samsung S-9" markalı telefonunu alaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı polis araşdırmalara başlayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA