Bakıda 22 yaşlı piyadanı maşın vurdu - VİDEO

Bakıda 22 yaşlı piyadanı maşın vurdu - VİDEO

Gecə saatlarında Abşeron rayonunun Məhəmmədli qəsəbəsində piyadanı maşın vurub.

Hurriyyet.org oxu.az-a istinadən bildirir ki, "Mercedes" markalı, 10 OX 493 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən piyada 1997-ci il təvəllüdlü Abbasov Səhman Rəhman oğlunu vurub.

Yaralı Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. S. Abbasova sağ baldır sümüklərinin qırılması diaqnozu qoyulub. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA