Bakıda 23 yaşlı gəlin vəhşicəsində döyülərək xəstəxanalıq oldu

  • 2019-02-01 10:41:27
  • |
  • Ölkə /

Bakıda 23 yaşlı gəlin vəhşicəsində döyülərək xəstəxanalıq oldu

Bakıda qadın əri tərəfindən vəhşicəsinə döyülüb.

Hurriyyet.org Trend-ə istinadən bildirir ki, hadisə Binəqədi rayonu, 2-ci məhəllədə qeydə alınıb. 1995-ci il təvəllüdlü Məmmədova Aysel gecə saatlarında əri tərəfindən döyülüb. Ağır xəsarətlər alan qadın yaxınları tərəfindən 1 saylı Klinik Xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, A.Məmmədova kəllə-beyin travması və bədəninin müxtəlif yerlərindən ağır xəsarətlər alıb.

Hazırda qadın palatadadır və müalicəsi davam etdirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA