Bakıda 27 yaşlı oğlanla 25 yaşlı qızın öldürülməsi barədə YENİ FAKTLAR - FOTOLAR

Bakıda 27 yaşlı oğlanla 25 yaşlı qızın öldürülməsi barədə YENİ FAKTLAR - FOTOLAR

Fevralın 5-də Bakı şəhər Binəqədi rayonu "28 May" qəsəbəsində yerləşən evdə 2 nəfərin qətlə yetirilməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, qohumları tərəfindən öldürülən 27 yaşlı Məmmədov İlkin Elman oğlu ilə 25 yaşlı Muradzadə Sevinc Yaşar qızı 2017-ci ildə ailə həyatı qurubmuş. Gəncə şəhər sakini olan İlkinlə Beyləqanda anadan olmuş Sevincin izdivacı uzun sürməyib və onlar boşanmaq qərarına gəliblər. Bundan sonra 25 yaşlı qadın körpə övladı ilə evi tərk edib. İlkin isə Binəqədi rayonu ərazisində yaşamağa davam edib və avtomobil təmiri sexində işləyib.

Bildirilir ki, Sevinc Muradzadənin ailəsində yaranan problemlər, onun ərindən boşanması və deyilən xoşagəlməz fikirlər onun qohumu , Beyləqan rayonunun 30 yaşlı sakini Behbudov Vəli Əli oğlunu narahat edib. O, S.Muradzadə ilə İlkini görüşdürmək qərarına gəlib və həmin görüş zamanı dava-dalaş düşüb. Münaqişə zəminində Vəli Behbudov İlkinə çoxsaylı bıçaq zərbələri endirib, qadını isə boğaraq öldürüb. O daha sonra Nərimanov rayon Polis İdarəsinə gedərək əməlini könüllü etiraf edərək təslim olub.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qətlə yetirilən İlkin Məmmədovun bəzi fotolarını təqdim edirik.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA