Bakıda 46 yaşlı qadını bıçaqladılar

Bakıda 46 yaşlı qadını bıçaqladılar

Bakının Sabunçu rayonunda yerləşən "Stimul" hospitalı yaxınlığında bıçaqlanma hadisəsi baş verib.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 46 yaşlı Elmira Hüseynova bıçaqlanıb.

Faktla bağlı Səhiyyə Nazirliyindən verilən məlumata görə, qadın təcili yardım briqadası ilə 3 saylı xəstəxanaya yerləşdirilib:

"Həkimlər qadını müayinə edib. Ona sol budunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Qadının müalicəsi davam edir. Vəziyyətinin orta-ağır olduğu bildirilib".

Faktla bağlı Sabunçu Rayon Polis Bölməsində araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA