Bakıda 8 yaşlı oğlan uşağına qarşı iyrənc hərəkət edən şəxsə ağır cəza verildi

Bakıda 8 yaşlı oğlan uşağına qarşı iyrənc hərəkət edən şəxsə ağır cəza verildi

Azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edən şəxs hakim qarşısına çıxarılıb.

Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1986-ci il təvəllüdlü Əbilov Elimdar İkram oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən E.Əbilov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, E.Əbilov 8 yaşlı oğlan uşağına qarşı seksual xarakterli hərəkətlər edib. O, məhəllədə oynayan azyaşlını aldadaraq naməlum istiqamətdə aparıb. Onun bu əməli nəzarət kameraları tərəfindən lentə alınıb. Əbilov əməlindən peşman olduğunu deyib. O, hadisəni törədən zaman içkili olub.

Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham edilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA