Bakıda ağaclar kəsilmək üçün MÜHASİRƏYƏ ALINDI: "Günlərin bir günü yoxa çıxarılacaqlar..." - FOTOLAR

  • 2019-02-18 13:35:01
  • |
  • Ölkə /

Bakıda ağaclar kəsilmək üçün MÜHASİRƏYƏ ALINDI: "Günlərin bir günü yoxa çıxarılacaqlar..." - FOTOLAR

Bakının Nəsimi rayonu, 20 yanvar küçəsi, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında növbəti "ağac soyqırımı"na hazırlıq işləri görülür.

Hurriyyet.org demokrat.az-a istinadən xəbər verir ki, ərazidə bina tikən tikinti şirkəti sakinlərin etirazı nəticəsində ağacların kəsilməsi prosesini müvəqqəti dayandırsa da, ancaq ağaclar hasara alınıb.

Hazırda hasara alınan ərazidə ağacların dibində beton işləri görülür. Tikinti işləri aparan MTK ərazidə vurduğu elan lövhəsini yığışdırıb.

Sakinlər deyir ki, günlərin bir günü hasara alınan ağaclar ya qəfil yoxa çıxarılacaq, yaxud da quruyacaq.

"Bu məqəsdlə də ağaclar hasara alınıb. istəyirlər ki, hasarın içərisində ağaclara qarşı hansı işlərin görülməsini insanlar bilməsin", - deyə sakinlər qeyd edir.

Sakinlər təəssüflə bildirir ki, nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nə də Nəsiçi rayon İcra Hakimiyyəti ərazidəki yaşıllığın məhv edilməsinə qarşı tədbir görmürlər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA