Bakıda ağır qəza - Ər, arvad və 2 yaşlı uşaq xəstəxanalıq oldu

Bakıda ağır qəza - Ər, arvad və 2 yaşlı uşaq xəstəxanalıq oldu

Bakıda ağır yol qəzası baş verib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu Cavadxan küçəsində - metronun “Nəsimi” stansiyasının yaxınlığında “Mercedes” markalı minik avtomobili taksi kimi fəaliyyət göstərən digər maşın toqquşub.

Nəticədə “Mercedes”in 33 yaşlı sürücüsü, onun 27 yaşlı həyat yoldaşı və 2 yaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA