Bakıda aldığı “Niva” oğurluq çıxdı, pulunu qaytara bilmir

Bakıda aldığı “Niva” oğurluq çıxdı, pulunu qaytara bilmir

Naxçıvan sakini 6400 manatının ona qaytarılması üçün ölkə başçısına müraciət edib

Naxçıvan MR-in Naxçıvan şəhəri, Əzizbəyov döngəsi 2, Ev 2-də yaşayan sürücü Babayev Əsgər Etibar oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə president İlham Əliyevə və digər yetkili məmurlara müraciət edən şikayətçi yazır:

“Cənab Prezident! Məni seçki ərəfəsində Sizə müraciət etməyə məcbur edən amil bəlkə mənim kimi aladaılmış onlarla insanın hüquqlarının bərpa edilməsinə, dəymiş ziyanın ödənilməsi üçün müəyyən köməkliyin göstərilməsinə və oğurlanmış avtomobillərə DYP sistemində hüquqi don geyindirərək, onları bazarda mənim kimi naşı adamlara satan xüsusi dələduz dəstənin nəhayət ifşa olunmasına yardım edə bilər. Belə ki, mən 2017-ci ilin aprelində maşın bazarında özümə “Niva” markalı avtomobil axtararkən, bir nəfər mənə yaxınlaşaraq ucuz qiymətə və kreditlə belə bir avtomobil təşkil edə biləcəyini söylədi. Birlikdə 2007-ci il buraxılışı olan “NİVA” avtomobilinə baxış keçirdik. Və ilkin olaraq 2800 AZN, daha sonra isə 10 aya 3600 AZN ödəməklə əldə etməyi razılaşdıq. Mən avtomobil alverçiləri olan Roman, Elçin və Rauf adlı şəxslərlə onların “20 Yanvar” metrosu yaxınlığındakı Nəsimi rayonu, Məmməd Cəfər Cəfərov küçəsində, “Access bank”ın filial olan binanın 1-ci mərtəbəsində yerləşən ofislərinə gəlib müqavilə bağladıq. Sonra dövlət nömrə nişanı 20 CX 808 olan, ağ rəngli, 1690 kub sm mühərrik həcmi olan “Niva”nın mənə baş etibarnamə əsasında verilməsi üçün 14 saylı Notariat Kontoruna getdik. Burada avtomobilin mülkiyyətçisi Vəliyeva Sima İdris qızı (Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsi ev 72, mən 12-də qeydiyyatda olan) olsa da, notariusda onun etibarnamə əsasında hərəkət edən nümayəndəsi Yolçiyev Emil Etibar oğlu çıxış etdi. Avtomobil 99 XU 762 nömrəsilə mənə verildi. Əvvəllər hər şey qaydasında idi.

Mən avtomobili 2018-ci ilin yanvarında Naxçıvana evimizə gətirdim. Və tanış ustadan xahiş etdim ki, mən Bakıya gedəndən sonra avtomobilin rəngi qopmuş hissələrini bərpa etsin.

Bu il martın əvvəlində Naxçıvan şəhər polisindən zəng oldu ki, sənin avtomobilinin korpusunda yazılmış nömrə silinmiş və təkrar yazılmışdır. Avtomobilin rama hissəsi başqa bir avtomobilə məxsusdur. Bir sözlə, avtomobil oğurluqda şübhəli olduğuna görə, onu cərimə meydançasına aparmışlar və hazırda müstəntiq tərəfindən bu istiqamətdə araşdırma aparılır.

Mən dərhal “20 Yanvar”da avtomobil maklerlərinin ofisinə gedib müdirləri olan Elçinə məsləni anlatdım ki, sizin mənə verdiyiniz avtomobil hazırda Naxçıvan Polis İdarəsində həbsə götürülmüşdür və araşdırma aparılır. Dedim ki, avtomobilin rama hissəsilə ban və motor nömrələri sonradan bir-birinə uyğunlaşdırəlımışdır, oğurluq olma ehtimalı vardır. Xahiş etdim ki, avtomobilin mülkiyyətçisi olan Sima Vəliyevaya deyin, avtomobilində olan çatışmazlığın səbəbi barədə Naxçıvan polisi ilə danışsın, ya mənim avtomobilimi polidən alıb qaytarın, ya da verdiyim cəmi 6400 manat pulu qaytarın, mənə oğurluq avtomobil lazım deyil. Doğrudur, əvvəlcə Elçin və digər maklrdlər narahat olmamağımı bildirsələr də, bu işi qaydasına qoya bilmədilər. Naxçıvan polisi də onlara bildirdi ki, avtomobil metalloma getməli və doğranmalıdır. Mülkiyyətçi gəlsin Naxçivana və aydınlaşdırsın ki, bu avtomobili necə əldə etmişdir.

Hazırda məsələ dalana dirənmişdir. Oğurluq avtomobili məni kredit adı altında şirnikləndirərək satmış dəstə indi haram qatılmış əmlaklarına sahib çıxmaq istəmirlər. Və mənə bildirilər ki, get məsləni Naxçıvanda özün həll et.

Mən iş-güc adamıyam. Azərbayacan az-az gəlirəm. İş yerim Türkiyədədir. Mən sadəcə olaraq satılmış oğurluq avtomobilin əvəzinə ödədiyim pulu geri tələb edirəm.

Cənab Prtezident!

Sizdən çox xahiş edirəm ki, bu məslənin həll olunmasında mənə qanun daxiliundə köməklik göstərilməsinə göstəriş verəsiniz”.

KƏNAN

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Loading...

QALEREYA