Bakıda azyaşlı qıza qarşı iyrənc əməllər - CİNAYƏT İŞİ

Bakıda azyaşlı qıza qarşı iyrənc əməllər - CİNAYƏT İŞİ

Bakıda azyaşlı qıza zor tətbiq edərək əxlaqsız hərəkətlər edilib.

Hurriyyet.org Lent.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Cavid Əhmədov 14 yaşına çatmayan A.N -a (ad soyad şərtidir) qarşı əxlaqsız hərəkətlər edib.

Uşağın valideynlərinin şikayəti üzrə C.Əhmədov barəsində cinayət işi açılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 153.2-ci (təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddəsi ilə ittiham verilib.

Cinayət işinin istintaqı başa çataraq baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib və hakim Nazim Tağıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 13-də keçiriləcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA