Bakıda bar qızı ilə tanış olan iraqlı tələbənin başına gələnlər - SEVGİ İNTİQAMI

Bakıda bar qızı ilə tanış olan iraqlı tələbənin başına gələnlər - SEVGİ İNTİQAMI

İraq vətəndaşına qarşı dələduzluq edən dəstə üzvləri hakim qarşısına çıxarılıb. Onlardan ikisi xanımdır.

İraq vətəndaşı xanımlardan biri ilə münasibətdə olub. Həmin xanımın sevgilisi bundan xəbər tutaraq İraq vətəndaşından qisas alıb.

Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov, Kamran Vahabov, Elvira Ələsgərova, Çinarə Bəhlulzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Çinarə Bəhlulzadə ifadə verib.

Məlum olub ki, bu hadisə elə Çinarə ilə İraq vətəndaşı arasındakı münasibətdən sonra başlayıb.

Məlumata görə, quldurluq hadisəsi ötən ilin yanvarın 13-də Bakıda baş verib. Belə ki, Bakıda universitetlərdən birində təhsil alan İraq vətəndaşı Biyar Cumaah Şeyxani internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonundakı gecə klubunda görüşüb.

Daha sonra tərəflər arasında narazılıq yaranıb və Biyar küçəyə çıxıb. Küçədə isə qızlar köməyə çağırdıqları Anar Kərimov və digərləri ilə birgə iraqlı gənci döyərək ondan 400 manat alıblar.

Çinarə Bəhlulzadə məhkəmədəki ifadəsində hadisənin təfərrüatlarını danışıb.

O bildirib ki, 2016-cı ilin dekabr ayının əvvəlində qeyri-rəsmi həyat yoldaşı ilə Rusiyaya gedəcəkmiş. Amma həmin şəxs Çinarəni aldadıb.

"Məni aparmadı. Mən də evə getmədim. Rəfiqəm Elvira ilə danışıb onlarda qalmaq istədiyimi dedim. O, mənə anasının onlarda qalmağıma razı olmadığını söylədi. Bakıda mənə ev tutduq. Bir qədər keçəndən sonra Elvira məni gecə klubuna dostunun ad gününə apardı. Orada Fəqanla tanış olduq. Onun nömrəsini götürdüm, bir müddət danışdıq. Həmin gecə klubunda Biyar mənimlə tanış olmaq istədi. Əvvəl ona "yox" dedim. Sonra onun evinə getdim. Ona yalandan dedim ki, tələbəyəm. Mənə 200 manat pul verdi. Evimin kirayə pulunu verdim. Biyardan yenə pul istədim, amma vermədi. Onun evində yaşamağımı istədi. Razı olmadım, çıxıb gedib Elvira ilə görüşdüm. Kamranı taksi sürücüsü kimi tanımışam. Kafedə oturanda Biyarla aramızda olanları Elviraya danışdım. Bu zaman Fəqan eşitdi, məndən həmin şəxsin kim olduğunu soruşdu. Telefonumu alıb Biyarla yazışmalarımı oxudu. Sonra bizi kafedən apardı, yenidən bu barədə soruşdu. 2017-ci ilin yanvar ayının 11-də Fəqan tanışlarını bir yerə yığdı və məndən Biyarın ünvanını soruşdu".

Çinarənin sözlərinə görə, Fəqan Abdullayev tanışlarını çağırıb. Onlar birlikdə İraq vətəndaşının qaldığı evə gediblər.

Məqsədləri Biyarı "başa salmaq" olub.

"Fəqan məni yuxarı qalxmağa icazə vermədi. And içdi ki, Biyara heç nə etməyəcək. Fəqan məni təhdid edib, qoluma vurdu. Sonra Elvira razı olub onlarla getdi. Maşında Kamranla qaldıq, sonra o da getdi. Bir qədər keçəndən sonra Kamranla Elvira qaça-qaça maşına gəldi. Elvira ağlayırdı. Sonra Anar, Nurlan və Fəqan da maşına gəldi, biz başqa evə getdik. Fəqan çantadan 4 bahalı telefon və planşet çıxartdı. Mən onların evdən pul götürdüklərini bilmədim. Kamran dedi ki, Biyarı vurmaq istəyən zaman bunları verdi. Biz qorxudan Gəncəyə getdik. Fəqan Kamranla Bakıya qayıtdı, bizi də evdən çıxardılar. Sonra eşitdik ki, Kamranı tutublar"- deyə Çinarə ifadəsində göstərib.

Kamran tutulduqdan sonra Çinarəgil Hacıqabula qaçıblar. Amma getdikləri yerdə yas mərasimi olduğu üçün orada qala bilməyiblər.

Bakıya qayıdanda isə kafedə saxlanılıblar.

Ç.Bəhlulzadə istintaq dövründə təzyiqlərlə üzləşdiyini, ağ vərəqə qol çəkdiyini qeyd edib./musavat.com/

Loading...

QALEREYA