Bakıda daha bir avtobus alışdı - FOTO

Bakıda daha bir avtobus alışdı - FOTO

Bir qədər əvvəl Bakının Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində 49 nömrəli müntəzəm marşrut xətti üzrə (Bakıxanov qəsəbəsi - "28 May" metro stansiyası) hərəkət edən avtobusda yanğın olub.

Hurriyyet.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. 

Onun sözlərinə görə, hadisə barədə məlumat daxil olan kimi Agentlik araşdırma aparıb. Müəyyən edilib ki, hadisə xətdə olan zaman nasazlıq yarandığından istehsalat bazasına geri qayıdan boş avtobusda baş verib. Nəqliyyat vasitəsinin mühərrik hissəsində qısaqapanma olub. 

Xatırladaq ki, bu gün Bakının Qaradağ rayonunda da sərnişin avtobusu yanıb. 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA