Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq

  • 2018-12-06 12:29:29
  • |
  • Sosial /

Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq

Yasamal rayonu, A.M.Şərifzadə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

Hurriyyet.org xəbər verir ki, bu barədə“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, "Asan Xidmət" mərkəzinin qarşısında, yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədar olaraq bu gun saat 23:00-dan sabah səhər 05:00-dək (6 saat) avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

"Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik", - məlumatda vurğulanıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA