Bakıda dəhşətli hadisə - Şirkət rəhbəri öldü

Bakıda dəhşətli hadisə - Şirkət rəhbəri öldü

Bakıda şirkət rəhbərinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Xətai rayonu ərazisində, Nobel və Babək prospektlərini bir-biri ilə birləşdirən Fəzail Bayramov küçəsində Azərbaycan Dəmir Yolları Qapalı Tipli Səhmdar Cəmiyyətinin Keşlə stansiyasının əməkdaşı Muxtarov Hüseyn Çingiz oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə piyadanı vurub.

Ağır xəsarətlər alan 1959-cu il təvəllüdlü Əliyev Həsən Abbasqulu oğlu hadisə yerində vəfat edib. Qeyd edək ki, vəfat edən şəxs biznesmendir və “VÜQAR-2” MMC-nin sahibidir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA