Bakıda dəhşətli qəza: “Niva” sürücüsü “zapravka”nı dağıtdı - VİDEO

Bakıda dəhşətli qəza: “Niva” sürücüsü “zapravka”nı dağıtdı - VİDEO

Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib.

Hurriyyet.org primetime.az-a istinadən xəbər verir ki, "90-LP-444" dövlət nömrə nişanlı "Niva" markalı avtomobil paytaxtın Nərimanov rayonundakı yanacaqdoldurma məntəqələrinin birinə daxil olarkən qəza törədib.

Belə ki, sürücü idarəetməni itirərək, yanacaqdolduran aparatla toqquşub. Qəza nəticəsində avtomobil aşıb, yüngül xəsarət alanlar var.

Sürücünün içkili olduğu bildirilir. Avtomobildə 2 qız və 2 oğlanın olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Həmin görüntüləri təqdim edirik:

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA