Bakıda dəhşətli qəza törətmiş “Porsche” hansı şirkətə məxsusdur?

Bakıda dəhşətli qəza törətmiş “Porsche” hansı şirkətə məxsusdur?

Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Hurriyyet.org bildirir ki, publika.az-ın əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Abbasov Fərid Həsənağa oğlunun idarə etdiyi “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin “Avromed” MMC-yə məxsus olduğu üzə çıxıb.

Belə ki, lüks avtomobil Xəzər rayonu Qala qəsəbəsi ərazisində - Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib.

O da məlum olub ki, hadisəni törədən Abbasov Fərdi Həsənağa oğlu “Avromed” MMC-də çalışır və avtomobil də həmin şirkətin adına qeydiyyatdadır.

Qadını vuran “Porsche Cayenne GTS” markalı avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanının müxtəlif vaxtlarda başqa avtomobillərin də üzərinə taxıldığı məlum olub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA