Bakıda dəm qazı faciəsi: ƏR-ARVAD ÖLDÜ

Bakıda dəm qazı faciəsi: ƏR-ARVAD ÖLDÜ

Bakıda ər-arvad faciəvi şəkildə ölüb.

Hurriyyet.org Lent.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Nizami rayonu E. Süleymanov küçəsi 114, mənzil 68-də qeydə alınıb.

Həmin mənzildə yaşayan 1961-ci il təvəllüdlü Müseyib Behbudov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xuraman Behbudova dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsini 314.2-cü maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA