Bakıda dərs ilinin ortasında məktəb sökülür, şagirdlər isə... - RƏSMİ AÇIQLAMA

Bakıda dərs ilinin ortasında məktəb sökülür, şagirdlər isə... - RƏSMİ AÇIQLAMA

Hurriyyet.org bildirir ki, Bakı şəhəri 73 nömrəli tam orta məktəbdə söküntü işləri aparılacaq. Valideynləri narahat edən məsələ isə tədris ilinin ortasında başlayan söküntü səbəbindən uşaqların başqa məktəbə yönləndirilməsidir.

Məktəb direktoru Füzuli Həsənov publika.az-a bildirib ki, söküntü işləri tədris prosesinə mənfi təsir göstərməyəcək:

“Məktəbimiz iki korpusludur. Söküntü isə köhnə binada aparılacaq. Həmin binada məktəbin ibtidai sinif şagirdləri tədris alırdı. Söküntü işləri başlanandan sonra məktəb iki növbəli sistemə keçəcək, həmin şagirdlər tədrisi öz məktəbimizdə davam etdirəcək”.

Söküntü işlərinin nə üçün tədris ilinin ortasında aparılmasına gəldikdə, F.Həsənov bu barədə məlumatsız olduğunu dedi:“Biz söküntü, təmir aparan qurum deyilik. Üstəlik, söküntü işlərinin nə zaman başlanacağı da dəqiq deyil. Hələ ki, ancaq ölçmə işləri aparılıb”.

Loading...

QALEREYA