Bakıda FACİƏ: 2 yaşlı uşaq dəm qazından boğulub öldü

Bakıda FACİƏ: 2 yaşlı uşaq dəm qazından boğulub öldü

Bakıda azyaşlı dəm qazından boğulub.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, R.Quliyev küçəsi, ev 25a ünvanında baş verib.

Həmin ünvanda yaşayan, 2017-ci il təvəllüdlü Verdiyev Nurlan Xaliq oğlu evin yataq otağına qaz sızması nəticəsində dəm qazından boğulub ölüb.

Həmin vaxt uşağın valideynlərinin də otaqda olmasına baxmayaraq, onların sağlamlığına zərər dəyməyib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırmalar aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA